Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə841/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   837   838   839   840   841   842   843   844   ...   1149
 

 

DİLİN TƏDRİSİNDƏ LÜĞƏTLƏRİN ROLU 

 

Səbinə ƏLİYEVA 

Bakı Slavyan Universiteti 



aliyeva.sabinka@list.ru 

 

Dil hamının istifadə etdiyi ünsiyyət vasitəsidir. Ana dilindən başqa bir dildə danışmaq üçün hökmən həmin dili 

öyrənmək lazımdır. Ana dilinin tədrisindən xəbəri olmayan müəllim xarici dili tədris edə bilməz. Ana dili ailədə  və 

ətrafdakıların əhatəsində tədricən öyrənilir. Ana dili öyrənilərkən dil özü öyrədilir, onun qayda-qanunları öyrədilmir, xarici 

dili öyrədərkən əvvəlcə ünsiyyət üçün vacib olan əsasən konkret əşya və hərəkətlər, sonra isə dilin strukturu öyrədilir ki, 

şagirdlər müstəqil şəkildə cümlə qura bilsinlər. Dilin tədrisində bunlar hamısı nəzərə alınmalıdır və bunlar bir-biri ilə vəhdət 

təşkil etməlidirlər. Dil tədrisinin ilkin mərhələsində biz mühüm olanları seçirik. Çünki, müxtəlif mərhələlərdə bunların hər 

birinin rolu və çəkisi eyni deyildir. 

Məlumdur ki, xarici dili öyrənəndə heç kəs həmin dilin qrammatikası ilə başlamır. Ana dilinin tədrisi ilə xarici dilin 

tədrisi fərqli anlayışlardır. Çünki, ana dilini hamı qeyri-ixtiyari şəkildə və məqsədsiz öyrənir. Amma xarici dil məqsədli və 

planlı şəkildə öyrənilir. 

Müasir dövrün ən başlıca tələblərindən biri də xarici dilin öyrədilməsidir. Xarici dil tədrisinin qarşısında duran ən 

mühüm vəzifələrdən biri şagirdlərin lüğət ehtiyatını  zənginləşdirməkdən ibarətdir.  Şagirdlərin lüğət ehtiyatının planlı  və 

ardıcıl olaraq inkişaf etdirilməsi, öyrənilmiş hər bir sözün kontekst daxilində işlədilməsi və mənasının dərk edilməsi  və s. 

dilin leksikasının tədrisinin əsas məqsədidir. Xarici dil tədrisində ən əsas məqsəd şagirdlərə ingilis dilindən ünsiyyət vasitəsi 

kimi istifadə etməyi öyrətməkdən ibarətdir.  İlkin olaraq dildəki işlək sözlər seçilir və proqrama daxil edilir, ehtiyatının 

zənginləşdirilməsi sayəsində şagirdlər ingilis sözlərinin çoxmənalılığı, dilin üslubi və frazeoloji zənginliyi ilə tanış olurlar. 

Ümumiyyətlə, lüğət dilin elə bir bünövrə və əsasını təşkil edir ki, onun köməkliyi ilə dilə yiyələnə, nitqimizi düzgün 

qura və fikrimizi səlis və aydın ifadə edə bilərik. Bir sözlə, lüğətsiz dil mövcud ola bilməz və hər bir dilin özünəməxsus 

lüğət quruluşu var. Buna görə də, xarici dil kimi ingilis dilinin öyrədilməsi zamanı lüğət ehtiyatının tədrisi hər zaman öz 

aktuallığını qorumuşdur. 

Qeyd etdiyimiz kimi, ingilis dilinin tədrisində qarşıda duran əsas ə başlıca məqsəd şagirdlərin bu dildə ünsiyyət qura 

bilməsini təmin etməkdir ki, bunun üçün də lüğət tərkibini artırmaq və nitq vərdişlərini inkişaf etdirmək lazımdır. Bəzən 

şagirdlərin lüğət ehtiyatında kifayət qədər söz olmasına baxmayaraq, onlar nitqlərində bu sözlərin ancaq bir qismindən  

istifadə edir. Buna görə  də,  şagirdlərin həmin sözlərdən istifadə etməsinin üsullarını  və onlara dilin tədrisində lüğət 

ehtiyatlarının necə inkişaf etdirmələrinin yol və üsullarını tapmalıyıq. 

Qeyd etdiyimiz kimi, hər bir dilin geniş və özünəməxsus leksikası olur və xarici dil öyrənən tələbələrin də öyrəndikləri 

xarici dilin leksikasını bilməsi vacib və ilkin şərtdir. Onlar sözlərin ədəbi, məcazi və həqiqi mənalarını və onların mətnlərdə 

necə işlədilməsini bilməsi vacibdir. 

Qrammatikasız biz hər hansı dildə istəsək danışa bilər və fikrimizi çatdıra bilərik, əgər həmin dilin leksikasını biliriksə, 

amma leksikasız biz heç nə edə bilmərik. Əgər şagirdlərin  leksik bazaları zəif olsa bu onların qrammatik biliklərinə də təsir 

edəcəkdir. Əgər biz vaxtımızın çox hissəsini qrammatika öyrənməyə sərf etsək, onda dil o qədərdə inkişaf etməz. Yəni, biz 

istədiyimiz hər bir şeyi, istənilən bir fikrimizi dilin lüğət ehtiyatı sayəsində deyirik. 

İngilis dilinin tədrisinin ilkin mərhələsində ilk öyrədilən sözlər  ən  əsas və  işlək, həmdə sadə  və  təkhecalı olmalıdır. 

Əvvəlcə  sadə bir strukturu öyrədirik və bu strukturdan istifadə edərək şagirdlərə yüzlərlə sadə və əsas sözləri mənimsədə 

bilərik. Məsələn: What is it?-İt is a pen strukturunu öyrətsək, digər sadə sözləri də məs, a book, a bag, a pencil və s. kimi 

sadə sözləri də bu struktur üzrə dəyişərək həmin sözləri də şagirdlərin lüğət fondunda fəallaşdıra bilərik. 

Biz bilirik ki, müasir dövrümüzdə İngilis dilinin artıq ibtidai siniflərdə də tədris olunmağa başlayıb. Biz çalışmalıyıq ki, 

İngilis dilinin lüğət fondunu ən sadə yollarla şagirdlərə çatdıraq, məsələn, biz bunu oyunlar vasitəsilə,  şəkillər vasitəsilə, 

əyani şəkildə göstərərək, kartlar vasitəsilə, musiqilər vasitəsilə və s. yollarla uşaqları yormadan onlara tədris etməliyik.  

Əgər biz dil tədrisində uşaqları dilə motivasiya etməsək heç bir uğurlu nəticə əldə edə bilmərik. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   837   838   839   840   841   842   843   844   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin