AUTİST YENİYETMƏLƏRİN XÜSUSİYYƏTLƏRİ
Tünzalə VERDİYEVA
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu
tunzaleverdiyeva@mail.ru
Autizm sindromu üç yaşına qədər meydana çıxır və bütün həyat boyu davam edir. Autizmi bir sıra ölkələrdə xəstəlik,
bəzilərində isə fərqlilik və qeyri adilik kimi qəbul edirlər. Autizmin bir psixoloji vəziyyət, eləcə də xəstəlik kimi ən ümumi
xarakteristikası arasında sosial qarşılıqlı əlaqələrdə, dil və ünsiyyət bacarıqlarında çatışmazlıq, təkrarlanan davranışlar,
eyniliyə həddindən çox bağlılıq kimi xüsusiyyətlər yer almaqdadır. Buna baxmayaraq bu sindromun nəzərə çarpan fiziki
xüsusiyyətləri yoxdur. Autizm özünü erkən yaşlardan göstərsə də, daha çox yeniyetməlik dövründə büruzə verir.
Yeniyetməlik dövrünün bəzi autist uşaqların inkişafına müsbət təsir etdiyi halda, bəzi autist uşaqların inkişafına mənfi
təsir etdiyi müşahidə olunmuşdur. Belə ki, bəzi autist uşaqlarda ağırlaşma, yəni inkişafda geriləmə olmuşdur. Bu geriləmə
sosial münasibətlərə təsir etməklə yanaşı, bəzi hallarda nitqin itməsi və akademik bacarıqlarda nəzərəçarpan geriliklə
təzahür edir. Bəzən bu dövrdə autist yeniyetmələr öz vəziyyətlərini dərk edirlər və bunun nəticəsində onlarda depressiya
halı müşahidə olunur.
Yeniyetməlik dövründə fiziki cəhətdən güclənən autistlər nisbətən aqressiv olurlar. Bəzi hallarda istəklərini və ya onları
narahat edən hər hansı bir halı fiziki şiddət göstərməklə ifadə edə bilərlər. Bu dövrdə qızların oğlanlara nəzərən daha
aqressiv olduğu müşahidə edilmişdir.
Bu dövrdə autist yeniyetmələr əks cinsə maraq göstərə bilərlər. Lakin bu marağı ifadə etmək tərzləri yaşıdlarından
fərqlidir. Autist yeniyetmələrin gender təsəvvürləri koqnitiv baxımdan daha aşağı səviyyədədir. Bura məhdud söz ehtiyatı,
şablon fikirlər, təkrarçılıq və sairə də aid edilir. Gender təsəvvürünün affektiv komponentinə özünə qarşı emosional
|