Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə852/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   848   849   850   851   852   853   854   855   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

483 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

biliklər  əsaında biliklərini  əsaslandırmaq bacarığı formalaşır.Ədədin eyni toplananların cəmi  şəklində göstərilməsi 

şagirdlərin şifahi hesablamalarının artırılmasına stimul yaradır. 

Əgər  şagirdlər çalışmanın həllində  çətinlik çəkərlərsə,onda müəllim düzgün cavabın tapılmasına kömək etmək 

məqsədilə ədədi eyni toplananların cəmi kimi göstərməyi deyə bilər (18=9+9;9=3+3+3;9 ədədi 3 dənə 3-ün,18 ədədi 2 dənə 

9-un cəmidir.Deməli,18 ədədi 2 dəfə 3-lərin 3 mislinə bərabərdir,18=3+3+3+3+3+3).Qeyd etdiyimiz kimi çalışma vurma 

anlayışının və vurma cədvəlinin öyrədilməsinə hazırlıq məqsədi güdür. 

2.Ədədi üçbucaq.Bu üçbucağın tərəfləri üzərində 1-dən 9-a qədər rəqəmləri elə düzün ki,hər bir tərəf üzərindəki 

ədədlərin cəmi 20-yə bərabər olsun.    

                                                                                                                                                              

Şagirdlər üçün çox maraqlı olan bu çalışmanın həlli  

düşündürücü olduğundan,düzgün həll şəkildəki 

kimi ola bilər.Şagirdlər çox variant təklif etsələr 

də qismən səhvlər edirlər.Bunları nəzərə alaraq, 

istiqamət verilməlidir.Bu tapşırığın verilməsin- 

də  məqsəd  şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi,hesablama bacarıqlarının artırılması,özünənəzarətin 

artırılmasıdır. 

  “Onluqlar.100-ə qədər onluqlarla hesablama” öyrədilərkən müəllim aşağıdakı çalışmalardan istifadə edə bilər: 

1.Riyazi imla.Elə ədəd yaz ki,orada: 

a)2 təklik və 3 onluq olmasın; 

b)4 təklik,4 onluqdan çox olsun; 

c)2 dəfə 2 onluq,1 təklik onluqlardan çox olsun

ç)20-dən böyük,30-dan kiçik olan onluqların sayı təkliklərin sayına bərabər olan ədədi yazın. 

  Yenə də maraqlı diskusiya yaranır.Şagirdlər şərti diqqətlə oxumaqla bəndlər üzrə düzgün cavabları tapırlar: 

a)bəndinin cavabı – 28; 

b)bəndinin cavabı – 44; 

c)bəndinin cavabı – 45; 

ç)bəndinin cavabı – 22 olacaqdır. 

  Bu  tapşırıq  şagirdlərin 100 dairəsində biliklərin təkrar edilməsini,biliklərin ümumiləşdirilməsinə xidmət 

edir.Şagirdlərin diqqətinin və məntiqi təfəkkürünün inkişafına kömək edir. 

  Çalışmanın həlli onu aşmaqla toplama və  çıxma üsullarının formalaşmasına kömək edir.Məsələn,28+5,28  ədədi 30 

ədədindən 2 təklik azdır.Deməli,28+5=28+2+3=30+3=33 hesablamaq daha münasibdir. 



2.Misalları həll edin: 

a)Ən böyük ikirəqəmli ədəddə neçə onluq var? 

b)Ən kiçik ikirəqəmli ədəddə neçə onluq var? 

c)40 ədədin böyük,50 ədədindən kiçik olan ədəddə neçə onluq var? 

ç)Sıfırla qurtaran bütün ikirəqəmli ədədləri yazmaq üçün neçə rəqəmdən istifadə etmək olar? 

  Şagirdlər bir o qədər də çətinlik çəkmədən ilk üç bəndəkki tapşırığı yerinə yetirərək a)üçün – 9;b)üçün – 1;c)üçün – 

4;ç)bəndi üçün – 18 olduğunu tapırlar.Cavablar doğrudur.Lakin necə mühakimə apardıqları da 

maraqlıdır.Məsələn,ç)bəndini yerinə yetirərkən iki üsulla mühakimənin aparılması mümkündür: 

1)Həmin ədədlər:10,20,30,...,90 olar.Bu ədədlərin yazılması üçün 9 sıfır və 1,2,3,...,9 rəqəmləri lazımdır.Bu ədədlər 9 

dənə olduğundan,həmin ədədləri yazmaq üçün 9+9=18 rəqəm lazımdır. 

2)Sıfırla qurtaran,ikirəqəmli ədədlərin sayı 9-dur.Bu ədədlərin hər birini yazmaq üçün 2 rəqəm lazımdır.9 dəfə 2 bu edər: 

2+2+2+2+2+2+2+2+2=18 

  Bu  tapşırıq “Yüzlük” konsentrində nömrələməyə dair şagirdlərin diqqətinin və  məntiqi təfəkkürünün inkişaf 

etdirilməsinə dair biliklərinin təkrarına,ümumiləşdirilməsinə xidmət edir. 



3.1,2,3 rəqəmlərinin köməyilə neçə müxtəlif ikirəqəmli ədəd yazmaq olar?Həmin ədədləri yazın. 

  Bu kombinator məsələdir,təkrarlı kombinezonların miqdarının tapılmasını tələb edir.İkirəqəmli,verilmiş rəqəmlərdən 

düzəldilmiş mümkün olan müxtəlif kombinasiyaların tərtib edilməsinin düzgün qurulması tələb edilir.Hər bir kombinasiyanı 

təkrara yazmamaq üçün,hər hansı mühakimə sxemi seçilməlidir.Məsələn, 

ən kiçik rəqəmdən başlayaq və artma ardıcıllığı ilə                    

11,12,13 yazaq.Analoji olaraq 2 ilə başlayaq:21,22, 

23 yazaq. Daha sonra 3 ilə başlayaq:31,32,33 yazaq. 

Bu yazılışı tərtib etmək üçün qrafik köməyindən 

istifadə etməklə şagirdlərə izah etmək olar. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   848   849   850   851   852   853   854   855   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin