Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə848/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   844   845   846   847   848   849   850   851   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

481 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

olunurdusa, indi şagirdin özünün tədris olunan mövzu ətrafında müstəqil fikr yürüdə bilməsinə, meylinin yaradıcılıq 

axtarışlarına doğru yönəldilməsinə daha çox diqqət yetirilməlidir. Bunun üçün müəllimin özü yeni-yeni metodlar düşünüb 

tapmalı, əvvəlki metodların müsbət cəhətlərini yaradıcı şəkildə, yeni tələblərə uyğunlaşdırıb fəaliyyətində tətbiq etməlidir. 

Azərbaycan təhsil sistemində inteqrativ üsuldan istifadə bir anlayış kimi son dövrlərdə  işlədilir və  təlim prosesində 

ondan istifadə  tələbi irəli sürülür. Ədəbiyyat proqramlarında “inteqrasiya” sözünə  təsadüf edilmir, lakin həmin anlayış 

mahiyyət etibarilə ona yaxın “fənlərarası əlaqə” adı ilə proqramda bir tələb kimi qoyulmuş və bir müddət (XX əsrin 70 - 90-

cı illərində) məktəblərdə müəllimlər ondan bir prinsip kimi istifadə etmişlər. Həmin anlayışlar (inteqrasiya və  fənlərarası 

əlaqə) bir-birinə olduqca yaxın anlayışdı, təlim prosesində onlardan bir prinsip kimi istifadə edilib, həmin  ənənə  bəzi 

müəllimlər tərəfindən indi də davam etdirilir. 

Ədəbiyyatdan təlim materiallarının inteqrativ yolla öyrədilməsi mənimsəməni xeyli asanlaşdırır. Bu yolla verilən bilik 

daha  əhatəli və möhkəm olur. Bəzən belə bir fikir səslənir ki, inteqrasiya bu vaxta qədər bizə  məlum olan və 

respublikamızda metodik cəhətdən kifayət dərəcədə  işlənən fənlərarası  əlaqə ilə üst-üstə düşür.  Əlbəttə, bu fikrə 

düşünmədən birmənalı cavab vermək düzgün olmaz. Belə bir fikiri ancaq məktəb təcrübəsi təsdiq, yaxud inkar edə bilər. 

İnteqrasiya ilə  fənlərarası  əlaqə mahiyyət etibari ilə bir-birinə yaxın anlayışlardır, lakin eyniyyət təşkil etmirlər. Bunlar 

arasında müəyyən fərq var. Tədqiqat göstərir ki, fənlərarası  əlaqə proqram materialları arasında yaranır,  əlaqədə 

əlaqələndiriləcək materialın şagirdlərə məlum olub-olmaması ön plana çəkilir. İnteqrasiyadan isə bu tələb olunmur. Şagird 

və  tələbələrə veriləcək bilik müxtəlif elm sahələrinə aid məlumatla  əlaqələndirilir, fikir qüvvətləndirilir, tamlaşdırılır, 

bütövləşdirilir. Bədii materialların izahında bunları bir-birindən ayrı düşünmək çətindir. Elə ədəbi-bədii materiallar var ki, 

onları  şagirdlərin nəzərinə çatdırmaq üçün onun açılması,  şərh edilən nümunələrdən aydın görmək olur. Ümumiləşmiş 

şəkildə demək lazımdır ki, xüsusilə çox yığcamlıq tələb edən poeziyada tez-tez müraciət olunan təşbeh, sineqdoxa, istiarə və 

s. kimi təsvir vasitələri inteqrativ ifadələrdir. Onların  şagirdlərə çatdırılması, həyati mənasını  və  mətndə  işlədildiyini 

məktəblilərə başa salmaq üçün əlavə məlumatlar tələb olunur. 

Qeyd edək ki, ədəbiyyat dərslərində fəndaxili əlaqələrdən istifadə edilməsinin özünəməxsus xüsusiyyətləri vardır. Bəzi 

tərcümeyi-hal materiallarının ( aşağı siniflərdə həyat və yaradıcılıqları öyrənilən sənətkarlar) öyrədilməsində buna qismən 

nail olmaq asandır. Bədii əsərlərin məzmunun öyrədilməsi dərslərində bu, qeyri-mümkündür. Əgər müəllim hər hansı bədii 

əsərin təhlilinə qədər o əsərin məzmunu üzərində sinifdənxaric oxu və ya dərs prosesində geniş iş aparıbsa, şagirdlər həmin 

əsərin məzmunu öyrənmişsə, onda onlar müəllimin köməyi ilə həmin əsərin təhlilini qismən özləri araşdıra bilərlər. 

İnteqrasiya prinsipinin tələbinə görə, təlim prosesində müəllimin yeni mövzu ilə əlaqədar olaraq fəndaxili və fənlərarası 

əlaqələrdən elə bacarıqla və  səmərəli  şəkildə istifadə etməlidir ki, sinifdə mövzu ilə bağlı  zəngin informasiya bolluğu 

yaransın. Bu əlavə informasiyalar nə  qədər çox olsa və onlar mövzu ilə  sıx  əlaqələndirilsə, keçilmiş mövzu şagirdlər 

tərəfindən daha tez mənimsənilir və şagirdlər bir çox cəhətdən silahlanmış olarlar. 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   844   845   846   847   848   849   850   851   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin