TƏLİM MATERİALLARININ İNTEQRATİV YOLLA ÖYRƏDİLMƏSİ PROBLEMİ
Əsmər SƏFƏRLİ
Bakı Slavyan Universiteti
esi.seferli@mail.ru
Cəmiyyətin informasiyalaşması, demokratikləşməsi, cəmiyyətdə təhsilin rolunun artması, Azərbaycan Respublikasının
Avropa və dünya təhsil məkanına inteqrasiyası, Boloniya prosesinə qoşulması bütövlükdə təhsil sistemində, o cümlədən
fasiləsiz pedaqoji təhsil sistemində əsaslı islahatların aparılması zərurətini yaradır. Müasir dövrdə informasiya-
kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası ən mühüm məsələlərdən biridir.
Sovet təhsil sisteminin “Eşit, yadda saxla!” tələbi əvəzinə, indi Fransa və İngiltərə sistemindəki “Axtar, düşün və
öyrən!” metoduna üstünlük verilir. Əgər əvvəllər tədris prosesində biliklərin şagirdlərə hazır şəkildə mənimsədilməsi tələb
|