Microsoft Word Materiallar Full


SKEPT/SXPE QARIŞIQLARI ƏSASINDA KORROZİYAYA DAVAMLI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə946/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   942   943   944   945   946   947   948   949   ...   1149
SKEPT/SXPE QARIŞIQLARI ƏSASINDA KORROZİYAYA DAVAMLI 

SUEMULSİYALARIN İŞLƏNMƏSİ 

 

Aygün RƏSULOVA 

Azərbaycan Dövlət Neft Akademiyası 

hasanova.aygun11@gmail.com

 

 

SKEPT/SXPE qarışıqları  əsasında alınmış qoruyucu örtüklər metalların korroziyadan qorunması üçün də istifadə 

edilmişdir. 

SKEPT-60-a sulfoxlorlaşdırılmış polietilenin əlavə edilməsi onun əsasında örtüklərin minerallaşmış, hidrogensulfidli 

mühitlərdə davamlılığını artırır: SKEPT-SXPE əsasında korroziyadan qoruyucu örtüklərin termiki davamlılığının artırılması 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

535 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

üçün ona metal oksidləri ilə (SiO

2

, Fe


2

O

3



, Al

2

O



3

  və s.) zəngin olan şlam doldurucu kimi əlavə edilmişdir. Məlumdur ki, 

mineral doldurucuların tərkibindəki metal oksidləri örtüyün polimer əsasının intensiv oksidləşməsinin və termiki 

destruksiyasının qarşısını alır, sabitləşdirici rolunu oynayırlar. 

Qarışıqların istilik qravimetrik əyrilərinin analizi göstərir ki, SKEPT-60-ın kütləsinin itməsi iki mərhələdə baş verir. 

Kütlənin itməsi əyrisində 381-382

0

C və 448-450



0

C-də maksimumlar əmələ gəlir. Parçalanma isə 471-482

0

C-də başa çatır.  



Qarışıqlarda SXPE-nin miqdarı artdıqca kütlə itkisinin azaldığı müşahidə edilir. SKEPT-dən fərqli olaraq 450

0

C-də 



SKEPT/SXPE qarışıqlarında kütlə itkisi 15,5% azalır. Qarışıqlarda kütlə itkisinin azalması SXPE-nin SKEPT-ə 

vulkanlaşdırıcı  təsiri ilə izah edilir. Təcrübələr göstərir ki, hələ ilkin qarışmada 90/10 nisbətində qarışıqlarda elastomerlə 

birləşmiş xlorun miqdarı 2,07-2,12%-dir. 

Gözlənilirdi ki, tərkibində metal oksidləri olan şlamdan doldurucu kimi istifadə edildikdə qoruyucu örtüyün istiliyə 

davamlılığını daha da artırmaq olar. Alınmış  nəticələr bunu təsdiqləyir. Ancaq şlamın miqdarının 5-10% (kütlə)-dən çox 

olması örtüklərin elastikliyini azaltdığı üçün tərkibində 5-10% (kütlə) şlam olan kompozisiyalar təklif edilmişdir. 

Kompozisiyaların termiki davamlılığının artması onlar əsasında alınmış emulsiyaların əmələ gətirdikləri qoruyucu qatın 

davamlılığının yüksək olacağına zəmin yaradır. 

Emulsiyaların tərkibində oliqoefiakrilatın olması onların tərkib komponentlərinin yaxşı dispersləşməsinin  əldə 

edilməsinə imkan verir. Suemulsiyalarına tərkibində Fe

2

O

3



 olan şlamın  əlavə edilməsi onun qoruyuculuq xassələrinin 

artılmasına imkan verir. Metal nümunələr göstərilən örtüklə örtüldükdən sonra minerallaşmış quyu suyunda- neft+40% su 

mühitində korroziyaya davamlılığa görə  sınaqdan çıxarılmışdır. SKEPT/SXPE qarışığı  əsasında suemulsiya ilə örtülmüş 

polad-3 nümunələrinin neft+40% su (quyu məhsulu) mühitində korroziya davamlılığının öyrənilməsi göstərmişdir ki, əsas 

korroziya göstəriciləri: kütlə itkisi, korroziya sürəti və bir ildə dağılma dərinliyi göstəriciləri ~ 1300 saat müddətində çox az 

dəyişirlər və demək olar ki, belə dağıdıcı mühit üçün sabitdirlər.  

Qoruyucu örtüklə örtülmüş nümunələrin korroziya göstəricilərinin çox aşağı korroziya aktivliyinə malik Abşeron 

quyusu məhsullarında göstəriciləri ilə müqayisədə 10 dəfə  aşağı olduğu müşahidə edilir. Alınmış  nəticələr polimer örtük 

qatının müxtəlif elektrolitlərə, o cümlədən suya davamlı olması ilə əlaqədardır. Bu örtüklər eyni zamanda istiliyə və yüksək 

adgeziya davamlılığına malikdirlər. 

SKEPT/SXPE qarışıqları  əsasında korroziyadan qoruyucu suemulsiya kompozisiyalarının alınma texnologiyasının 

əlverişli, sadə və istifadə edilən komponentlərin asan əldə edilə bilməsini, yüksək qoruyuculuq xassələrinə malik olmasını 

nəzərə alaraq onların mürəkkəb konstruksiyalı avadanlıqların korroziyadan qorunması üçün istifadə edilməsi təklif edilir. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   942   943   944   945   946   947   948   949   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin