II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
536
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
suemulsiya qoruyucu örtükləri ətraf mühit temperaturundan qoruyur, qorunan səthə asanlıqla çəkilir və metal
konstruksiyalarının təbii iqlim şəraitində uzun müddət korroziyadan qorunmasını təmin edir. Tədqiq edilən suemulsiya
qoruyucu örtükləri korroziyadan qorunan təmizlənmiş səthə iki və ya üç qat 50-80 mkm qalınlığında çəkilir. Qatların
çəkilməsi arasındakı vaxt 30-40 dəqiqə müəyyən edilmişdir. Hazırlanmış suemulsiya qoruyucu örtüklərinin quruma vaxtı
isə: 20-25
0
C-də 3-8 saat, 40-60
0
C-də isə 2-2,25 saatdır.
Metakril turşusu ilə modifikasiya edilmiş etilen-propilen sintetik kauçuku və epoksid qətrani əsasinda suemulsiya
kompozisiyalarının xassələri tədqiq edilmiş və göstərilmişdir ki, kompozisiyaların əmələ gətirdiyi qoruyucu polimer qat
yüksək mexaniki xassəyə, su udmaya, kimyəvi təsirlərə və yanmaya davamlılığa malikdirlər. Tədqiq olunmuşdur ki, metalın
qoruyucu örtük qatı altında korroziyasının sürətini metakril turşusu digər örtüklərə nisbətən 20-30% azaldır. Suemulsiya
kompozisiyaları əsasında qoruyucu polimer örtükləri müxtəlif şəraitlərdə istismar edilən mürəkkəb konstruksiyalı qurğu və
avadanlıqları korroziyadan qorumaq üçün istifadə edilə bilərlər.
Dostları ilə paylaş: |