II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
537
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
FUNKSİONAL QRUPLARA MALİK SKN KAUÇUKLARI ƏSASINDA
KORROZİYADAN QORUYUCU ÖRTÜKLƏRİN İŞLƏNMƏSİ
Günel ƏZİZOVA
Azərbaycan Dövlət Neft Akademiyası
gxalilova@list.ru
Polimer qoruyucu örtüklərin metalların səthinə çəkilməsi neft və kimya sənayesinin müxtəlif qurğularının istismarı
zamanı mühüm iqtisadi səmərə əldə etməyə imkan verir. Qurğuların istismar müddətini artırmaq üçün istifadə edilən
qoruyucu örtüklərə kompleks təlabatlar bunlardır: yüksək kimyəvi və termiki davamlılıq, elastiklik, metalla yüksək əlaqə
davamlılığı və s.
Qoruyucu örtüklər avadanlığı mexaniki sürtünmədən, yeyilmədən qoruyur, istilik izolyasiyasını təmin edir, duzlar və
parafinlərin avadanlığın səthində çökməsinin qarşısını alır, avadanlığı müxtəlif mühitlərdə korroziyadan qoruyurlar.
Qoruyucu polimer qatının metalla adgeziya əlaqəsinin yüksək qiyməti polimer qoruyucu örtüklərin qoruyuculuq
xassələrinin təminatıdır. Adgeziya davamlılığı ilk növbədə təbəqə əmələ gətirici polimerin funksional qrupları, bərkidicilər
və modifikatorların metal səthindəki aktiv mərkəzlərə xemosorbsiya əlaqələrinin əmələ gəlməsindən asılıdır.
Polimer qoruyucu örtüyün metalla adgeziya əlaqəsi polimerin quruluşunda funksional qrupun olmasından asılıdır.
Qoruyucu örtükdə funksional qruplar olduqda metalın səthi adsorbsiya aktiv vəziyyətə keçir. Buna görə də daha perspektiv
istiqamət, adgeziya ihiibitor təsirli kompozisiya materiallarının işlənib hazırlanmasıdır. Aparılan tədqiqatın analizin polimer
qoruyucu örtüklərin işlənib hazırlanmasında əsasən funksional xassələrə malik oliqomerlərdən yüksək molekullu
polimerlərdən istifadə edilməsini göstərir.
Sənayedə istifadə edilən SKN kauçukları əsasında korroziyadan qoruyucu kompazisiyaların alınmasında əsas mahiyyət
–CN və -COOH funksional qruplara malik SKN-26 və SKN-40/4 kauçukları və əlverişli komponentlərdən ibarət
kompozisiyaların metalların korroziyadan qorumaq qabiliyyətinin yaxşılaşdırılmasıdır. SKN kauçukları xüsusi təyinatla
kauçuklardır, yüksək adgeziya davamlıliğina malikdirlər. Bu səbəbdən müxtəlif təbiətli və xassəli kauçuklar əsasında
korroziyadan qoruyucu örtüklərin öyrənilməsi nəzərdə tutulur. Optimal örtük materialının tərkiblərini müəyyən etmək üçün
SKN-26 və SKN-40/4 kauçukları əsasında müxtəlif tərkibli kompazisiyalar hazirlanmış və onlar tədqiq edilmişdir.
Kompozisiyaların fiziki-mexaniki və qoruyuculuq xassələri öyrənilmişdir. Alinmış nəticələr polivinilxlor kauçuku əsasında
oxşar tərkibli kompozisiyaların xassələri ilə müqayisədə kafi sayıla bilər. SKN-26 kauçuku əsasında kompozisiyalarda
sıxlıq daha yüksəkdir. SKN-26 əsaslı kompozisiyalarda 10 gün müddətində nümunələrin şişməsi zəifdir, 5 aya qədər şişmə
dərəcəsi çox azalır.
SKN-40/4 kompozisiyalarında şişmə dərəcəsi 0,1÷0,2% həddində olduğu üçün 5 aya qədər şişmə dərəcəsi demək olar
ki, dəyişmir. Kompozisiyaların suya və kimyəvi təsirlərə davamlılıqları onların tərkibinə 10-15 k.h. qədər doldurucu kimi
təbaşir tozu və ya sement əlavə etdikdə daha da artır. Alınmış nəticədən göründüyü kimi SKN-40/4 əsasında
kompozisiyaların adgeziya davamlılığı, SKN-26-ya nisbətən bir qədər yüksək olsa da SKN-40/4 əsaslı kompozisiyanın
çevikliyi, zərbə davamlılığı aşağıdır.
SKN kauçuklarının funksionallığından istifadə etməklə vulkanlaşmamış kauçuklardan yüksək adgeziya davamlılğına
malik korroziyadan qoruyucu örtüklər almaq mümkündür.
Dostları ilə paylaş: |