METAKRİL TURŞUSU İLƏ MODİFİKASİYA EDİLMİŞ ETİLEN-PROPİLEN SİNTETİK
KAUÇUKU VƏ EPOKSİD QƏTRANI ƏSASINDA SUEMULSİYA QORUYUCU
ÖRTÜKLƏRİNİN TƏDQİQİ
Fariz ƏMİROV
Azərbaycan Dövlət Neft Akademiyası
f.a.amirov@gmail.com
Metalların korroziyası metalın mühit ilə fiziki-kimyəvi əlaqəsi nəticəsində parçalanmasıdır. Dəniz suyunda metalların
korroziya intensivliyi çox yüksək – 1,5-3q/m
2
olduğundan, dəniz və dəniz ətrafı şəraitində istismar edilən metal qurğuların
korroziyadan qorunması aktual problemdir.
Müəyyəndir ki, müxtəlif təbiətli doldurucular və onların qarışıqlarından istifadə etməklə kompozisiyaların metalı
korroziyadan qoruyuculuq xassələrini tənzimləmək mümkündür. Polimer əsasında qoruyucu örtüklərin dəniz suyuna yüksək
davamlılığını nəzərə alaraq dəniz suyunda və dəniz ətrafı zonada istismar edilən qurğuların korroziya davamlılığını artırmaq
üçün korroziyaya davamlı yeni kompozisiyaların alınması sahəsində tədqiqat işi aparılmışdır.
Bu məqsədlə metakril turşusu ilə modifikasiya olunmuş SKEP-50-nin məhluluna ED-20, sulfonol əlavə edildikdən
sonra oraya həlledici benzinin miqdarı qədər, yəni həlledici: su nisbətinin – 1:1 qiyməti qədər distillə suyu əlavə edilir və
tədricən 80
0
C-dən 20-30
0
C qədər soyudulmaqla 60 dəqiqə müddətində sürətlə qarışdırılır. İstifadədən əvvəl emulsiyaya
örtük əmələgətiricinin 100 k.h. hesablanmış suda həll olan polietilenpoliamin əlavə edilir.
Müqayisə üçün götürülmüş örtük əmələgətirici kimi 30 k.h. alkilləşdirilmiş fenol-formaldehid oliqomeri, 30 k.h.
karboksilləşdirilmiş epoksiakril sopolimerindən və 40 k.h. epoksid oliqomerindən ibarət suemulsiya kompozisiyasında
bərkidici kimi PEPA-nın və anilinin 2:1 nisbətində qarışığından istifadə edilmişdir. Təcrübələr göstərmişdir ki, yuxarıdakı
tərkibdə oliqomerlər qarışığı suemulsiya kompozisiyası əsasında qoruyucu örtüklərin elastikliyi, zərbəyə və atmosfer
mühitində mexaniki davamlılığı zəifdir.
Metakril turşusu ilə modifikasiya edilmiş SKEP-50 və ED-20 qarışığı əsasında suemulsiya kompozisiyaları yüksək
mexaniki, adgeziya və zərbə davamlılığına, təbii iqlim şəraiti amilləri təsirinə və su udmaya davamlıdırlar. Təklif edilən
|