Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə967/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   963   964   965   966   967   968   969   970   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

551 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Öncəliklə, prototip olaraq musiqi çalğı alətləri üzərində apardığımız tədqiqat işləri nəticəsində  məlum olmuşdur ki

alətin simli və ya klavişli, gur səsli və ya aşağı  səsli olmasından, alətlərin növ çoxluğundan asılı olmayaraq məlum not 

səslərinin tezlikləri bütün çalğı alətlərində eynidir. Musiqi əsərinin asasını  təşkil edən 7 not ahənginin fortopianodakı  9 

müxtəlif tezlikli növü, digər musiqi alətlərindəki  7 not səs tezliyinə bərabərdir (və ya çox yaxındır).  Əldə etdiyimiz bu əsas 

nəticə işimizi düşündüyümüz qədər asanlaşdırsa da digər bir tərəfdən bir neçə problemlər ilə üzləşdirdi.   

Beləki,  bildiyimiz kimi insan eyni anda yalnız bir tezlikli səs ifa etdiyi halda, musiqi alətində eyni an daxilində bir neçə 

notu sıxaraq müxtəlif səs tezliklərindən alınan səs ahəngini, harmoniyasını əldə etmək olur. Bunu musiqi səslərinin tanınma 

sisteminə yeritmək üçün o da öz növbəsində  alətdə bir səsin yox, bir neçə səsin eyni zamanda ifa olunduğunu duymalı, 

onları fərqləndirməyi bacarmalıdır. 

Ümumiyyətlə, hazırki tədqiqat işində  mən musiqi səsinin tanınma sisteminə bir musiqi (mahnı)  şablonu yeritməklə 

canlı ifanın həmin şablon ilə müqayisəsinə nail olmuşam.  Beləki, yuxarda musiqi alətlərindəki eyni anda müxtəlif tezlikli 

səs vermə xüsusiyyəti insanlara xas olmadığına görə insan səsinin ifası üzərində test mərhələsinə başladıq. Qeyd edim ki, 

mövcud problem üzərində hal hazırda işlər gedir, və gələcəkdə nəinki  solist vokal səsin, həm də duet, xor ifaları üzərində 

sistemi kökləməyə nail olacağımıza şübhəm yoxdur. 

Elektron musiqi öyrənmə sistemi gənc vokal tələbələri, və ya mahnı ifa etmə savadını elektron olaraq kompyuterdən 

almaq üçün nəzərdə tutulmuş  səs tanıma sistemidir. Vokal tələbələri  bu sistem vasitəsilə ev şəraitində sistemə öncədən 

tanıdılmış, istənilən musiqi parçasını ifa etməklə səs qüsurları barədə məlumatlanacaqlar.  

Beləki, elektron musiqi öyrənmə sistem bazasına öncədən musiqi parçalarının düzgün səs tonallıqları (tezlikləri) 

tanıdılır. Furye çevirməsi, Bayes klassifikasiyasına əsaslanan metodumuz vasitəsilə canlı ifa zamanı  istifadəçinin ifası real 

notlar ilə müqayisə olunur. Sistem ifaçının mahnının düzgün oxuyub oxumamasını  səs  şkalası üzərində göstərir. Beləki, 

sistemə bərkidilmiş səs qrafiki iki hissədən ibarətdir: 

Düzgün (oxunması lazım olan) səs tezliklərinin qrafiki 



İfaçının cari oxuduğu səs tezliklərinin qrafiki 

Əgər ifaçı seçdiyi mahnını düzgün ifa edirsə onun səs qrafiki yaşıl rəngdə, deton (yalnış səs) olduğu təqdirdə ifaçının 

səs qrafiki qırmızı  rəng ilə  işarə olunur. Bundan başqa ifaçının detonallığı anında sistem avtomatik olaraq ifaçıya onun 

normal notdan neçə ton yalnış oxuması barədə xəbər verir, və ona nə qədər səsinin zilə qalxızması və ya bəmə endirməsi 

barədə məsləhət mesajı göstərir. 

İstifadəçi musiqinin sonunda ifası barədə faiz göstəricisi vasitəsilə qiymət alır. Bu faiz göstəricisi ifaçının həmin musiqi 

parçasının real notlarından (tezliklərindən) yığılmış  şablon ilə olan müqayisəsi nəticəsində  əldə olunmuş bir göstəricidir. 

Beləki, ifaçı mahnını nə dərəcədə yaxşı (düzgün) oxuması barədə xəbərdar olmuş olur. 

Ümumiyyətlə, səs sistemi üzərində apardığımız bu tədqiqatlar, nəticələr bununla kifayətlənməyəcək. Məqsədim real 

zaman daxilində canı ifadakı  səs qüsurlarını aradan qaldırmaq, onların canlı oxumasının eyni zamanda heç bir deton 

olmadan səlis ifalarına nail olmasının təminatçısı olmaqdır.  

Musiqi səs tanıma sistemi bir gün bütün dünyanın qulağa xoş  gəmiyən ahəngini aradan qaldırıraq səs aləmini fəth 

edəcək.  

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   963   964   965   966   967   968   969   970   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin