Orfoqrafik səhvlərin tipləri. Orfoqrafik səhvlərin tədqiqatı zamanı onun iki tipi müəyyən edilmişdir. Bu tiplər
aşağıdakılardır:
Qeyri-sözlər (non-words). Bu elə səhvlərdir ki, həmin sözlər dilin lüğət tərkibində mövcud deyil. Məsələn: Kitab stoun
üstündədir. Burada “stoun” sözü azərbaycan dili lüğətində yoxdur. Məntiqli şəkildə ehtimal olunur ki, bu söz “stolun”
sözüdür.
Həqiqi sözlər (real-words). Bu elə səhvlərdir ki, həmin söz dilin lüğət tərkibinə daxildir. Lakin dildə bir hərf ilə
fərqlənən sözlər vardır ki, həmin hərfin hesabına bu tip səhvlər baş verir. Məsələn : Göldə örpək balaları üzür. Burada
“örpək” sözü səhvən yazılıbdır. Bu sözün yerinə “ördək” olmalıdır. “Örpək” və “ördək” sözləri yazılışda bir hərf ilə
fərqlənməsinə baxmayaraq, məna etibarı ilə çox fərqlənirlər.
Dostları ilə paylaş: |