II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
555
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
“Hər kəsin istifadə etdiyi Mobil Telefonlar”
Bəli, mobil telefonlar etibarlı qurğu (trusted device) rolunu oynaya bilən ən sərfəli vasitədir. Müasir mobil telefonların
ölçü və funksionallıq cəhətdən hər daim insanların yanında olması problemin 80% həlli deməkdir. Geriyə qalan əsas
məsələlərdən biri kütləvi istifadə olunan bu qurğunu modelindən asılı olmayaraq necə etibarlı qurğu halına gətirmək olar?
Bu məsələnin də həlli sadədir. Provayderin SMS xidmətindən istifadə edərək həyata keçirilən hər bir tranzaksiyada
istifadəçi adı, sertifikat və şifrə ilə yanaşı həm də qeydiyyatdan keçirilmiş telefon nömrəsinə göndərilən sistem tərəfindən
dinamik generasiya edilən şifrə də tələb edilsin. Yəni istifadəçi internet banking xidmətini aktivləşdirən zaman əlavə olaraq
öz telefon nömrəsini də qeydiyyatdan keçirir və hər hansı bir tranzaksiya həyata keçirilərkən sistem avtomatik olaraq həmin
nömrəyə dinamik ( hər bir tranzaksiya zamanı dəyişən) şifrə göndərir və bu informasiya yalnız nömrə sahibinə məlum
olduğu üçün təhlükəsizlik təmin edilmiş olur.
Qeyd: sistemdə qeydiyyatdan keçirilmə zamanı üç hal mümkündür:
1) Sim karta, daha dəqiq desək sadəcə mobil nömrəyə etibarlılıq statusunun verilməsi
2) Mobil nömrə ilə yanaşı mobil qurğunun da İdentik Mac ünvanının qeydiyyatdan keçirilərək qeydə alınması.
3) Mobil Nömrə və qurğu ilə yanaşı həm də mobil qurğudakı brovzer proqramının da qeydiyyatdan keçirilməsi.
Aydındır ki, üçüncü hal ən təhlükəsiz qeydə alma sistemi hesab edilir.
İndi isə gəlin bu sistemi texniki cəhətdən mümkün ola biləcək hücum növləri əsasında təhlükəsizlik baxımından təhlil
edək:
1) Tapmaca və Dərin axtarış. Bu şifrələrin Tapmaca (brute-force) üsulu ilə deşifrə edilməsinin qarşısını almaq
məqsədilə təyin edilən dinamik şifrə hər dəfə səhv daxil edilərkən dəyişdirilir və üçdən artıq səhv yığılarsa istifadəçi adı
bloklanır. Beləliklə, həm istifadəçi gələn ilk SMSlə həmən andaca təşkil edilmiş hücumdan xəbər tutur, həm də sistem
üçdən artıq cəhd zamanı avtomatik bloklama əməliyyatını yerinə yetirirək daha sonra yalnız istifadəçinin müraciətindən
sonra istifadəçi adı aktivləşdirilir.
2) Malware və Phishing. Bu hücumları imkansız etmək üçün ilk növbədə açılan tranzaksiya səhifəsinin eynisinin başqa
bir qurğuda açılmasının qarşısı alınır. Yəni, tranzaksiya səhifəsi eyni bir ödəniş üçün identik və yeganedir.
Beləliklə, araşdırmamızın nəticəsində məlum olduki internet bankinq sistemində təhlükəsiz və rahat tranzaksiyaların
yerinə yetirilməsi üçün köhnə baza əsasında tətbiqini tapan SMS Code metodu 90%-ə qədər təhlükəsizliyi təmin edir.
Dostları ilə paylaş: |