II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
553
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olunmalıdır. Düzgün istifadə edildiyi təqdirdə ERP sisteminin müəssisəyə verdiyi üstünlük əvəzedilməzdir. Adi halda
hazırlanması aylar çəkən bir hesabatın daha dəqiq və az bir zamanda əldə edilməsi buna misal ola bilər. Məlumatlar sistemə
bir dəfə daxil olunur və digər şöbələr tərəfindən də asanlıqla əldə olunur.
ERP sistemlərinin tətbiqi müəssisələrə aşağıdakı nəticələrin əldə olunmasına səbəb olur:
İdarəetmə qərarlarının verilməsi üçün lazım olacaq informasiyaların operativ və daha dəqiq əldə edilməsi imkanı;
Dəqiq planlaşdırmanın aparılması və faktiki nəticələrə daha yaxın olan büdcələrin qurulması və yerinə
yetirilməsinin izlənilməsi;
Rəhbərliyin əməliyyatlara istədikləri məhdudiyyətləri qoya bilməsi;
Ayrı ayrı şöbələr arasında daha rahat inteqrasiya qurmağa imkan verməsi;
İstehsal tsiklinin 30-40 % aşağı salınması;
Anbar sahələrinin 25-30 % azaldılması;
Əmtəə-material ehtiyatlarının dövriliyinin 60-70 % artırılması;
Məhsulun çatdırılması ilə bağlı olan gecikmələrin 40-50 % aşağı salınması;
Sığorta ehtiyyatlarının 30-40 % azaldılması;
İdarəetmə xərclərinin 25-30 % aşağı salınması və s.
Forbes jurnalının verdiyi məlumata görə 2012-ci il üzrə ERP sistemləri bazarında öndə gedən ilk 5 dünya şirkəti və
bazar payları aşağıdakı kimidir:
1.SAP - 25% 2.Oracle Corporation - 13% 3.SAGE - 6% 4. INFOR - 6% 5. Microsoft (MBS) - 5% Digərləri – 45
%. ERP bazarında ilk şirkətlərdən olan SAP uzun illərdir ki öz liderliyini qoruyub saxlayır. SAP şirkəti öz büdcəsinin 10
%-ini Tədqiqat və İnkişaf məqsədləri üçün xərcləyir. SAP proqramı digər ERP sistemlərindən fərqli olaraq öz daxilində
modullara ayrılmışdır. Proqramın operativ qaydada işləyə bilməsi üçün bu modulların hamısının tətbiq olunması vacib
deyildir. SAP-da ən çox istifadə olunan modullar aşağıdakılardır.:
SAP FI: SAP-ın mühasibat və maliyyə moduludur. Hesab-faktura, müştərilərlə və satıcılarla olan hesablaşmalar,
bank əməliyyatları, əsas vəsaitlərin uçotu, vergi əməliyyatları bu modulda aparılır. Rəhbərlər istədiyi zaman sistemə daxil
olaraq alıcılar və ya satıcılar üzrə debitor və ya kreditor borcların siyahısını əldə etmək imkanına malik olurlar. Bu modulun
digər modullardan əvvəl tətbiq olunması daha məqsədəuyğundur.
SAP MM: SAP-ın materialların idarə edilməsi moduludur. Material kodları və bu materiallara aid bütün
məlumatların saxlanıldığı moduldur. İstehsalatla məşğul olan və ya hər hansı bir məqsədlə öz anbarında mal-material
ehtiyatı saxlayan şirkətlər bu moduldan istifadə edirlər.
SAP HR: SAP-ın insan resurslarının idarəedilməsi moduludur. Bu modulda işçilərə aid məlumatlar saxlanılır və
istifadə olunur.
SAP SD: SAP-ın satış moduludur. Şirkətin satışla bağlı etdiyi əməliyyatlar, müştəril məlumatları, satış sifarişləri
ilə bağlı məlumatların saxlanıldığı moduldur.
SAP PP: SAP-ın istehsalatın planlanması moduludur. İstehsalat xarakterli müəssisələr tərəfindən istifadə olunur.
Ayrı-ayrı məhsulların istehsalına aid məlumatların toplandığı moduldur.
SAP CO: SAP-ın nəzarət moduludur. Bu modul digər modullarla əlaqəli olaraq işləyir və müvafiq kriteriyalara
uyğun xərclərin hesablanması üçün istifadə olunur. İstehsal olunan məhsulun və ya göstərilən xidmətlərin maya dəyərinin
hesablanması bu modul vasitəsilə həyata keçirilir.
SAP-ın əsas üstünlüklərindən biri də həm Beynəlxalq Maliyyə Hesabatları Standartları, həm də vergi
qanunvericiliyinə uyğun olaraq paralel uçot aparmaq imkanı verməsidir. Azərbaycanda fəaliyyət göstərən ARDNŞ,
DəmirBank ASC, Norm MMC, Azərbaycan CocaCola Bottlers LTD MMC, Azercell Telekom MMC, Azərsun Holdinq
MMC kimi iri şirkətlər də SAP sisteminə üstünlük verirlər. Hal-hazırda Azərbaycanda ERP sistemlərinin tətbiqi daha çox
xarici məsləhətçi şirkətlər tətərfindən aparılır ki, onların arasında PWC və Ernst & Young şirkətləri daha çox bazar payına
malikdirlər. SAP şirkəti bütün modullar üzrə keçirtdiyi təlimlərlə istifadəçi şirkətlərə öz işçilərinin biliklərini daha da
artırmaq imkanı verir. ERP sistemləri uğurlu gələcəyi olan bir sahə olduğundan xarici ölkələrdəki bəzi Universitetlərdə
tədris planına daxil edilir və bu sahədə kadr yetişdirirlər. Lakin ölkəmizdə hələ də bu sahədə çox işlər görülməlidir.
Dostları ilə paylaş: |