Microsoft Word Materiallar Full


Simsiz rabitənin gələcək perspektivləri



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə989/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   985   986   987   988   989   990   991   992   ...   1149
Simsiz rabitənin gələcək perspektivləri 

Yuxarıda qeyd etdiyimiz kimi günümüzdə simsiz şəbəkələrin və bu şəbəkələr üzərindən müəyyən xidmətlər göstərən 

texnologiyaların inkişafı ictimai həyatın  bütün sahələrində dinamikaya və inkişafa səbəb olmuşdur. Gələcək illərdə də bu 

texnologiyaların inkişafı müxtəlif sahələrdə naliyyətlərin əldə olunmasında böyük əhəmiyyət kəsb edəcək. Müşahidə edirik 

ki, hər il simsiz rabitə üzərindən internet və  şəbəkə xidmətləri təqdim edən qurğuların sayı, çeşidi artır(smartfonlar, 

tabletlər, netbook və notebooklar). Həmçinin bu texnologiyaların məlumat ötürmə  və  qəbul etmə sürətləri də çox inkişaf 

etmişdir. Simsiz şəbəkələrin bu templə inkişafı yaxın gələcəkdə daha böyük əhəmiyyətə malik işlərin görüləcəyindən xəbər 

verir. Simsiz şəbəkələrin perspektivlərini və əhəmiyətini göstərmək üçün aşağıdakı bəzi məsələlərin həllinə baxaq. 

   Simsiz  şəbəkə texnologiyalarından istifadə etməklə yaradılan uzaqdan idarəetmə sistemləri vasitəsilə bir sıra 

əhəmiyyətli layihələr həyata keçirilir. Məsələn, bir uzaqdan idarəetmə sistemi yaradaraq yol hərəkəti qaydalarını pozan və 

dayan əmrinə tabe olmayan sürücülərin qəza törətmədən aradan çıxmaq cəhdlərinin qarşısını almaq olar. Bunun üçün hər bir 

avtomobilin mühərrik hissəsinə bir qəbuledici qoyulur. Bütün polis əməkdaşlarında da sürücülərin qeydiyyat-nömrə 

nişanına əsasən onların avtomobillərinin mühərriklərini uzaqdan idarəetmə sistemi vasitəsilə söndürülməsini mümkün edən 

baza proqram təminatı olur. Lazım olduğu anda polis əməkdaşı qaydanı pozan və dayan əmrinə tabe olmayaraq qaçmaq 

istəyən avtomobilin sürücüsünün iradəsindən asılı olmayaraq həmin maşının nömrəsini bazada axtarışa verərək “mühərriki 

söndür” əmrini verər və avtomobilin mühərrikini uzaqdan söndürərək bloklaya bilər. Bununla da bir çox təhlükələrin qarşısı 

alınar. Bununla yanaşı hal-hazırda simsiz rabitə vasitələri ilə çox böyük layihələr həyata keçirilir. Bütün bu layihələr də 

ictimai həyatın bir çox sahələrində insanların işini asanlaşdırır. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   985   986   987   988   989   990   991   992   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin