II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
564
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Personal haqqında məlumatlar;
Bu gün ERP sistemlərin tətbiqi şirkətinn effektiv fəaliyyəti üçün lazım olan vacib şərtlərdən biridir. Bununla bərabər
ERP sistemlərin tətbiqi təcrübəli və kvalifikasiyalı ekspertlərin iştirakını tələb edir.
Biznes proseslərin kompleks şəkildə avtomatlaşdırılması sahəsində liderlik edən avtomatlaşdırılmış sistemlərə
Microsoft Business Solutions (Microsoft şirkətinin Microsoft Dynamics ) və IBM Cognos misal göstərmək olar.
Microsoft Business Solutions məhsullarına Microsoft Dynamics AX və Microsoft Dynamics NAV daxildirki bu gün
idarəetmənin avtomatlaşdırılmasında ən məşhur platformalardandır.
Microsoft Business Solutions ERP sistemin interfeysinin işləmə prinsipi Microsoft Office paketinin istifadəçiləri üçün
çox rahat və tanışdır. Buna görə də Microsoft Dynamics platformasında biznes proseslərin avtomatlaşdırılması personalın
öyrədilməsində minimal xərclər tələb edir.
Bu sistemdə aşağıdakılar realizə olunub:
maliyyə məsələlərinin idarə edilməsi;
biznes-analiz;
tədarük əməliyyatlarının idarə edilməsi;
anbarın idarə edilməsi;
müştərilərlə münasibətlərin idarə edilməsi;
elektron kommersiya;
istehsalat məsələləri.
Microsoft Dynamics NAV sisteminin üstünlükləri sırasında aşağıdakıları qeyd etmək olar:
Anbar üzrə logistikasının və bütün anbar proseslərinin optimallaşdırması;
İstehsalın dəstəklənməsi: təqvim üzrə planlaşdırma və istehsalın proqnozlaşdırması, istehsal siyasətinin çevik
təyini;
Effektiv biznes-proseslərin və istehsal prosesinin müxtəlif parametrlərinin modelləşdirilməsi.
Xərclərin ixtisar edilməsi hesabına gəlirin artırılması və tərəfdaşlarla effektiv əməkdaşlıq, həmçinin İnternet
vasitəsi ilə əməkdaşlığın mümkünlüyü.
Distribusiya sahəsində ixtisaslaşdırılan istənilən şirkətin qarşısında duran əsas məqsəd – effektivliyin maksimal
səviyyəsinə nail olmaqdır. Azərbaycanın Mülki Aviasiyasının da durmadan inkişafını nəzərə alsaq bu sahədə ERP
sistemlərin tətbiqi böyük səmərə verir.
2006-cı ildə təsis edilmiş “Silk Way Holding” hal hazırda aviasiya sektorunda və əlaqədar xidmətlərdə fəaliyyət
göstərən, təqdim olunan xidmətlərin və texniki imkanların daimi olaraq təkmilləşdirilməsini, habelə müasir texnologiyaların
mənimsənilməsini qarşısına məqsəd qoymuş 23 şirkətdən ibarətdir. Bu şirkətlər arasında Baku Cargo Terminal, Silk Way
Helicopter Services, Duty Free mağazalar şəbəkəsi, Silk Way Technics ERP sistemin tətbiqi sahəsində xüsusilə
fərqlənirlər:
Baku Cargo Terminalda bütün anbar məsələləri, maliyyə hesabatları, ticarət və marketinq işləri Microsoft
Dynamics Navision sistemi ilə həyata keçirilir.
Duty Free mağazalar şəbəkəsində sərnişinlərə göstərilən xidmət müqabilində təqdim olunan çeklər və kassa
aparatları Navision sistemi ilə idarə edilir, anbarların bazası MS SQL Serverdə yerləşir.
Silk Way Helicopter Services anbar məsələləri və hesabatlar Navision sistemində yerinə yetirir.
Holdinqin bütün Kadrlar şöbəsinin yerinə yetirdiyi əməliyyatlar sistemin “Personal və Əmək haqqları” modulunun
köməyi ilə idarə edilir.
Sistemin texniki dəstəyi və işlənməsi, istifadəçilərin öyrədilməsi Məlumat Texnologiyaları İdarəsinin Navision
şövbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.
Hal-hazırda sistemdə yeni işlər həyata keçirilməkdədir. Sistem vahid mərkəzdən idarə olunan və bütün şirkətlərin
sifarişlərinin bir direktor tərəfindən təsdiqlənərək istifadəçilərə cavab nəticəni bildirməkdən ibarət yeni idarə sistemi
yaradılması üzrə işlər aparılır. Belə ki şirkətlərin tələblərini ödəmək üçün lazımı avadanlıqlar, dəftərxana ləvazimatları və s.
tələb olunan vasitələr üçün əvvəlcədən sistemdə sifarişlər hazırlanır və təsdiq olunmaq üçün avtomatik surətdə direktorun
elektron poçtuna göndərilir. Direktor sifarişə baxıb onu təstiq və ya ləğv edə bilir və nəticə elektron poçt vasitəsilə sifarişi
göndərən şirkətin və ya şəxsin elektron ünvanına avtomatik şəkildə qaytarılır. Navision sistemi vasitəsilə həyata keçirilən
bu mərkəzdən idarəetmə ümümilikdə lazim olan malların siyahıya alınması, itgilərin minimuma endirilməsi, qeydlərin
dəqiq aparılması və yekun hesabatların düzgün hazırlanması üçün çox əlverişlidir.
Dostları ilə paylaş: |