SCALA - JAVA ƏSASLI PROQRAMLAŞDIRMA DİLİ
Kamal İSAYEV
Qafqaz Universiteti
kamal.a@gmail.com
AZƏRBAYCAN
Müasir dövrdə proqramlaşdırma dilləri həddən artıq çoxdur. Lakin bu dillərin əksəriyyəti proqramçıların tələblərini
ödəməyərək zamanın sınağından çıxmamışlar. 2003-cü ildə Martin Oderski tərəfindən yaradılan “Scala” funksional
proqramlaşdırma ilə obyektyönlü proqramlaşdırmanı birləşdirən və bu sınaqdan çıxan multiparadiqmalı proqramlaşdırma
dilidir.
Scala JVM (Java Virtual Machine) ilə işlədiyi üçün onu Java 5 versiyasından aşağı olmayan istənilən mühitdə istifadə
etmək mümkündür və buna görə də Java-dan Scala-ya keçid üçün bu dili dərindən öyrənməyə ehtiyac yoxdur.
Scala-da Javanın bütün imkanları demək olar ki, eyni prinsiplə əks olunub. Bununla da Scala dilini mənimsəmək
asanlaşır. Scala statik tipləşdirməyə malik dildir. Statik tipləşdirmə eyni layihə üzərində uzun müddət işləyən zaman iri
əmrlərlə layihəni idarə etmək imkanı verir.
Java-da massivlər kvadrat mötərizələrlə, Scala-da isə Array class-larla göstərilir.Kvadrat mötərizələr isə Scala-da
tiplərin göstərilməsi üçün istifadə olunur.
Scala-da abstract class və interface anlayışları əvəzinə Trait-lərdən istifadə olunur. Bu traitlər həm abstract class, həm
də interface kimi tanına bilər.
14
Azərbaycanda bu cür xidməti göstərən təşkilatlardan biri GoldenPay və MilliÖn provayderləridir.
|