Faksimile surətçıxarması (latınja «facsimile» — bu kimi, bu cür, eyni cür et) mexaniki və ya başqa surətçı-
xarma vasitələrinin köməyinə əsaslanır. Məsələn, əqd bağlayan şəxsin imzasının ştamp kèìi hazırlanması mexa-
niki vasitənin yardımı ilə faksimile surətçıxarmasına misal ola bilər.
Ə
qdlərin bağlanması zamanı elektron imzadan da istifadə edilə bilər. Elektron imzadan istifadə etmə qayda-
ları və əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron sənəd dövriyyəsinə aid
qanunvericiliklə tənzimlənir. Söhbət, ilk növbədə, həmin qanunvericiliyə daxil olan iki qanundan gedir.
«Elektron imza və elektron sənəd haqqında» qanun (9 mart 2004-cü ildə qəbul olunmuşdur) onlardan biri-
dir. Bu qanun elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqi-
nin təşkilati-hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, həmin subyektlər arasında
yaranan münasibətləri tənzimləyir.
Elektron imza dedikdə informasiya texnologiyaları vasitələri ilə işlənməyə yararlı olan elə informasiya başa
düşülür ki, o, digər informasiyalara əlavə edilir və ya onlarla məntiqi əlaqəsi olur, imza sahibini identikləşdir-
məyə (tanımağa, eyniləşdirməyə) imkan verir. Elektron imza sahibini qanun müqavilə bağlamaq hüququ ilə
təmin edir. Belə ki, o, elektron imzadan istifadə etməklə müqavilə bağlaya bilər (həmin qanunun 20-ci maddəsi-
nin 5-ci bəndi). Bundan ötrü o, mərkəzlərə müraciət etməlidir. Mərkəzlər elektron imza xidmətlərinin subyekti
olub, elektron imza sahibi barəsində məlumatların qorunmasını və fəaliyyətin təhlükəsizliyini təmin edir, elekt-
ron imza yaratma məlumatlarının və elektron imza sahibi barəsində məlumatların mühafizəsinə görə məsuliyyət
daşıyır. Elektron imza yaratma məlumatları dedikdə, elektron imza yaratmaq üçün istifadə edilən və anjaq
imza sahibinə bəlli olan kod və ya kriptoqrafik açardan ibarət təkrarolunmaz informasiya başa düşülür. Elektron
imzanın yaradılması mərkəzlərin göstərdiyi əsas xidmət növlərindən biri sayılır. Mərkəzlər dövlət qeydiyyatın-
dan keçməli və ya müvafiq dövlət icra hakimiyyət orqanında akkreditədən keçməlidir. Yalınz bundan sonra on-
lar fəaliyyətə başlaya bilərlər.
Elektron imza sahibi müqavilə bağlamaq üçün mərkəzlərə müraciət edərkən tam və düzgün məlumatlar təq-
dim etməlidir. Buna görə o, məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |