335
●
mübahisə edilən əqdlər;
●
puç əqdlər (əhəmiyyətsiz əqdlər).
Hüquq ədəbiyyatında mübahisə edilən əqdlər
nisbi etibarsız, puç əqdlər isə
mütlə
q etibarsız əqdlər adlanır.
Müəlliflərdən ilk dəfə V.A.Ryasentsev mübahisə edilən əqdlərin nisbi etibarlı əqdlər adlandırılmasını təklif et-
mişdir.
Sivilistika doktrinasında (mülki hüquq elmində) etibarsız əqdlərin mübahisə edilən əqdlər və puç əqdlər adlı
iki yerə bölünməsi kimi təsnif üstünlük təşkil edir. Bizim ölkənin yeni qanunvericiliyi RF-in qanunvericiliyinin
ardınja, bu cür təsnifi qanunvericilik qaydasında rəsmən nəzərə alaraq qəbul etmişdir (MM-in 337-ci maddəsi-
nin 2-ci və 3-cü bəndləri). Bizim Mülki Məcəllə göstərir ki, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhə-
miyyətsiz əqdlər ola bilər (MM-in 337-ci maddəsinin 1-ci bəndi). Həmin təsnifi Almaniya mülki qanunvericili-
yi də tanıyır: Nichtiokeit (puç əqdlər); Anfechtbare Rechtsdeschafte (mübahisə edilən əqdlər).
Etibarsız əqdlərin göstərilən iki növü (mübahisələr edilən və puç əqdlər) bir-birindən nə ilə fərqlənir? Qeyd
etmək lazımdır ki, müvafiq qanunla Azərbaycan Respublikasının MM-nə dəyişikliklər və əlavələr edilməsinə
kimi nisbi etibarsız əqdlər puç əqdlərdən iki əlamətə görə fərqlənirdi:
●
müvafiq əqdin etibarsız hesab edilməsi qaydasına görə (birinci əlamət);
●
əqdin etibarsızlığı barədə tələb irəli sürən şəxslərin dairəsinə görə (ikinci əlamət).
Hər iki əlamət formal xarakter daşıyırdı. Buna görə də qanunvericinin iradəsi ilə istənilən etibarsız əqd ya
nisbi etibarsız, ya da mütləq etibarsız əqd kimi tanına bilərdi.
Birinci əlamətin mahiyyəti ondan idarət idi ki, nisbi etibarsız əqd avtomatik yox, yalnız məhkəmə tərəfindən
müvafiq qərar qəbul edildiyi halda etibarsız sayılırdı; əgər belə qərar olmazdısa, müvafiq əqd nisbi etibarsız əqd
kimi tanına bilməzdi. Başqa sözlə desək, nisbi etibarsız əqd yönəldiyi hüquqi nəticəyə səbəb olurdu; amma əgər
məhkəmə əqdi etibarsız hesab etsə idi,
onda həmin nəticə ləğv edilirdi. Əgər məhkəməyə müraciət olunmazdısa
və ya əqdin etibarsız sayılması barədə iddia məhkəməyə qanunla müəyyənləşdirilən iddia müddəti ərzində ve-
rilməzdisə (yəni həmin müddət ötürülərdisə), özündə müvafiq qüsurun olmasına baxmayaraq əqd etibarlı sayı-
lırdı.
kinci əlamətin mahiyyəti ondan ibarət idi ki, əqdin etibarsız hesab edilməsi barədə iddianı, adətən, zərərçə-
kən tərəf verirdi. Başqa sözlə desək, bir qayda olaraq, əqdin etibarsız sayılmasını zərərçəkən tərəf tələb edə bi-
lərdi; mübahisə edilən əqdin etibarsız sayılması tələbini MM-də göstərilən şəxslər irəli sürə bilərdilər; əqd barə-
də mübahisə etmək hüququ maraqlı şəxsə mənsub idi.
Puç əqd isə mübahisə edilən əqddən (nisbi etibarsız əqddən) fərqli olaraq, özlüyündə, nejə deyərlər, avtoma-
tik surətdə, onun məhkəmə tərəfindən etibarsız sayılmasından asılı olmayaraq, etibarsız hesab edilirdi. Başqa
sözlə desək, puç əqd özünün etibarsız olmasının məhkəmə tərəfindən təsdiqlənməsini tələb etmirdi və etibarlı
ə
qdlərin doğura biləjəyi hüquqi nəticəyə səbəb olmurdu. Buna görə də tərəflər belə əqdi sadəjə olaraq icra et-
mirdilər ki, bu da öz növbəsində hər hansı mənfi nəticəyə səbəb olmurdu.
Nə üçün puç əqdin etibarsız olmasının məhkəmə tərəfindən təsdiqlənməsi tələb edilmirdi? Bu əqdin məhkə-
mə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olması nə ilə bağlı idi?
Qeyd etmək lazımdır ki, puç əqd o qədər açıq-aşkar və aydın şəkildə görünən qüsura malikdir ki, həmin qü-
surun və əqdin etibarsızlığının xüsusi olaraq sübut olunmasına ehtiyac yoxdur. Doğrudan da puç əqdin qüsuru
çox vaxt üzdə olur. Özü də həmin qüsuru, adətən aradan qaldırmaq mümkün olmur. Bunlara görə, puç əqdin
etibarsız sayılması üçün müvafiq məhkəmə qərarının olması tələb edilmirdi və ona bu nöqteyi-nəzərdən elmi
(doktrinal) anlayış verilirdi.
24 iyun 2005-ci ildə qəbul edilmiş qanunla Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi nəticəsində
nisbi etibarsız və puç əqdlər artıq göstərdiyimiz iki əlamətə görə bir-birindən fərqləndirilmir. ndi onlar ara-
Dostları ilə paylaş: