lamət əsasında nisbi etibarsız əqd puç əqddən fərqləndirilir, onlar arasında hədd qoyulur. Həmin əlamətə görə
etibarsız hesab edilir; əqdin etibarsız hesab edilməsi üçün hər hansı məhkəmə qərarı tələb olunmur; etibarsız
qdin bu növü məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq etibarsız olan əqddir. Bu-
olmaz; yalnız mübahisə etmək faktı əqdin nisbi etibarsız hesab edilməsi üçün kifayətdir; əqd anjaq mübahisə
O əqdlər nisbi etibarsız əqdlər sayılır ki, onlar barəsində mübahisə edilsin; əgər etibarsız əqd barəsində mü-
bahisə edilməzsə, müvafiq qüsura malik olmasına baxmayaraq, o, etibarlı hesab ediləjəkdir. Bu kimi cəhətlərinə
336
lən əqd» termini işlədir.
Mübahisə edilən əqd həm də tərəflərin razılığı (sazişi) ilə etibarsız hesab edilir. Bu, çox vaxt mümkün olmur.
Ona görə də mübahisə edilən əqdlər, bir qayda olaraq, məhkəmə qaydasında etibarsız edilir. Digər tərəfdən ək-
səriyyət hallarda mübahisə edilən əqdin etibarsız əqd sayılması, inandırıcı və tutarlı sübutların olmasını tələb
edir. Belə sübutlar isə yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər. Başqa sözlə desək, mübahisə edilən əq-
din qüsurunun xüsusi olaraq məhkəmə tərəfindən sübut edilməsinə, adətən, ehtiyac vardır. Odur ki, mübahisə
edilən əqdin məhkəmə tərəfindən etibarsız hesab edilməsi qaçılmaz yoldur. Məsələ burasındadır ki, tərəflər mü-
bahisə edilən əqdin etibarsız sayılması barədə çətin ki, öz aralarında razılığa gələ bilsinlər. Buna görə də müba-
hisə edilən əqd adətən, məhkəmə yolu ilə iddia icraatı qaydasında etibarsız sayılır. ddianı isə məhkəməyə zə-
rərçəkən tərəf verir. Məsələn, hər hansı şəxs fiziki zorakılığa məruz qalır, ona əzab-əziyyət verilir və bunun
nəticəsində həmin şəxs əqd bağlayır. Əlbəttə, onların əqdin etibarsız sayılması barədə razılığa gəlmələri çətin
məsələdir. Buna görə də həmin əqd yalnız məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
Puç ə
qd odur ki, həmin əqdin etibarsız hesab edilməsi mübahisə predmetinə çevrilmir; o, özlüyündə, avto-
matik surətdə, qanunda ifadə olunan göstərişə əsasən etibarsız olan əqddir. Məsələn, MM-in 29-cu maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, 14 yaşı tamam olmamış azyaşlının bağladığı əqd etibarsızdır (MM-in
344-cü maddəsinin 1-ci bəndi). Bu əqdlərin qüsuru kifayət dərəcədə göz qabağındadır. Bu səbəbdən onun qüsu-
runu və etibarsızlığını məhkəmə tərəfindən xüsusi olaraq sübuta yetirmək tələb edilmir.
Dostları ilə paylaş: