§ 1. Mülki hüquqda müddətlər, onların
hesablanması və növləri. Müddətlərin əhəmiyyəti
1. Mülki hüquqda müddət anlayışı
Vaxt (zaman) fəlsəfi anlayışdır. O, materiyanın əsas mövcud olma formalarından biridir. Vaxt (zaman) hə-
rəkət edən materiyadan ayrılmazdır. Engels yazır ki, vaxt maddi proseslərdən, materiyadan təjrid edilmiş halda
mövcud ola bilməz. Materiya məkana və vaxta görə hərəkət edir (V. .Lenin). Bununla bərabər, vaxt (zaman) iq-
tisadi əhəmiyyəti olan kateqoriyadır. K.Marksa görə, vaxta qənaət etmək qanunu bütün sosial-iqtisadi forma-
siyalarda qüvvədə olan birinci və əsas qanundur. Bununla belə, vaxt (zaman) hüquqi rol oynayan kateqoriyadır.
Vaxt (zaman) kateqoriyası xüsusilə mülki hüquqda mühüm və vacib əhəmiyyətə malikdir. Mülki hüquqların
həyata keçirilməsi və müdafiə edilməsi məhz bu kateqoriya ilə sıx surətdə bağlıdır. Mülki hüquq münasibətləri
vaxta (zaman) görə mövcud olur. Mülki hüquqların mövcudluğu, pozulmuş hüquqların müdafiəsi, bir qayda
olaraq, vaxt (zaman) kateqoriyası ilə məhdudlaşır. Mülki-hüquqi müqavilələr müəyyən vaxt dövründə qüvvədə
olur. Mülki-hüquqi nəticələr (yetkinlik yaşına çatma, əldəetmə müddəti, qüvvədə olma müddəti, müddətin öt-
məsinə görə hüquqa xitam verilməsi və s.) məhz vaxtın keçməsi prosesi ilə bağlıdır. Deməli, vaxt (zaman) mül-
ki-hüquqi əhəmiyyətə malik olan kateqoriyadır. Bu isə o deməkdir ki, fəlsəfi və iqtisadi kateqoriya olan vaxt
həm də hüquqi kateqoriya hesab olunur.
Lakin vaxtın axım prosesi özlüyündə mülki hüquqi əhəmiyyət kəsb etmir. Yalnız müəyyən vaxt anının və ya
vaxt dövrünün (kəsiyinin) mülki-hüquqi mənası və rolu vardır. Belə ki, mülki qanunvericilik məhz həmin vaxt
anının çatması ilə və ya vaxt dövrünün (kəsiyinin) bitməsi ilə müəyyən hüquqi nəticənin əmələ gəlməsini, yəni
mülki hüquq münasibətlərinin (mülki hüquq və vəzifələrin) yaranmasını, dəyişməsini və ya xitam olunmasını
ə
laqələndirir və bağlayır. Bu cür vaxt anı və ya vaxt dövrü (kəsiyi) mülki hüquqda müddət adlanır.
Dostları ilə paylaş: |