Mülki hüquqda müddət dedikdə, elə bir vaxt anı və ya vaxt dövrü (kəsiyi) başa düşülür ki, mülki
qanunvericilik müəyyən hüquqi nəticənin əmələ gəlməsini həmin vaxt anının çatması ilə və ya vaxt döv-
rünün (kəsiyinin) bitməsi ilə əlaqələndirir. Başqa sözlə desək, mülki-hüquqi mənada müddət mülki hüquq
münasibətlərinin (mülki hüquq və vəzifələrin) əmələ gəlməsinin, dəyişməsinin və ya xitamının bağlı olduğu
müəyyən vaxt anı və ya vaxt dövrüdür (kəsiyidir). Madam ki, vaxt anının çatması və ya vaxt dövrünün bitməsi
mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına, yəni hüquqi nəticəyə səbəb olur,
deməli, müddət öz hüquqi təbiətinə görə hüquqi faktdır. Məsələn, fiziki şəxs on səkkiz yaş həddinə çatır və
bununla o, istənilən əqd bağlamaq hüququ əldə edir (vaxt anının çatması). Müəllifin ölümündən sonra qanunla
müəyyənləşdirilmiş əlli illik vaxt dövrünün keçməsi ilə onun vərəsələrinin əsərdən istifadə üzrə müstəsna əm-
lak hüquqlarına (hüquq münasibətlərinə) xitam verilir (vaxt dövrünün bitməsi).
Almaniya hüquq ədəbiyyatında da müddətə anlayış verilməsinə rast gəlirik: vaxtın keçməsi odur ki, onunla
müxtəlif qanuni nəticələrin əmələ gəlməsi əlaqələndirilir. Yaponiya mülki hüququna görə müddət bir vaxt anın-
dan digər vaxt anına kimi uzanan müəyyən vaxt dövrüdür.
Mülki hüquqda müddət anlayışı iki mənada işlədilir: müəyyən vaxt anı mənasında; müəyyən vaxt dövrü (kə-
siyi) mənasında. Bu anlayış həm birinci, həm də ikinci mənada istifadə olunaraq müəyyən hüquqi nəticənin ya-
ranması ilə bağlı olur.
Mülki hüquqda müddətin hüquqi faktlar sistemində tutduğu yer bir neçə müddətdir ki, müəlliflər arasında
mübahisə predmetinə çevrilmişdir. Bu barədə əsasən bir-birinə zidd olan iki fikir söylənilir.
Bir qrup müəlliflər göstərirlər ki, müddətin müəyyən və təyin edilməsi iradəvi mənşəyə malikdir. Ona görə
ki, mülki hüquqda müddət qanunla, əqdlə və ya məhkəmə qərarı ilə müəyyən edilir. Müddətlərin çoxusu dayan-
dırıla və ya bərpa edilə bilər ki, bu cəhət onların iradəvi təbiətli olmasını göstərir. Ona görə də müddətlərin ək-
səriyyəti ikili xarakterə malikdir. Belə ki, onlar mənşəyinə görə iradəvi olsalar da, vaxt axımının obyektiv pro-
sesi ilə bağlıdır. Həmin müəlliflərin fikrinjə, məhz bu səbəbdən müddət xüsusi kateqoriya hüquqi fakt olub, hü-
quqi faktların nə hadisə, nə də hərəkət növünə aid edilir. Daha sonra qeyd edilir ki, müddəti obyektiv kateqoriya
olan vaxtdan fərqləndirmək lazımdır, çünki müddət qanunvericinin və ya hüquq münasibəti iştirakçılarının ira-
dəsi ilə müəyyən edilir. Ona görə də o, hüquqi faktlar sistemində hadisə ilə hərəkət arasında aralıq (xüsusi) və-
ziyyəti tutur.
Anoloci mövqeni digər müəlliflər də tuturlar. Onların fikrinjə, müddətin başlanğıj və sonunu insanlar özləri
müəyyən edirlər, yəni o, iradəvi xarakter daşıyır. Müddətin axımı isə vaxt axımının obyektiv qanununa tabedir.
Bu qanun isə insanın iradəsindən asılı deyildir. Hüquqi müddətlərin bu cür ikili təbiətə malik olması belə bir
nəticə çıxarmağa imkan verir ki, onlar hüquqi faktların müstəqil kateqoriyasıdır.
357
Digər qrup müəlliflər göstərirlər ki, müddət insanların iradəsi ilə müəyyən edilsə də, onun çatması və ya bit-
məsi obyektiv xarakter daşıyır. Müddətin çatması və ya bitməsi mütləq və labüd xarakter daşıyaraq,
qanunvericinin və hüquq münasibəti iştirakçılarının iradəsi və düşünjəsindən asılı deyildir. Müddət obyektiv
kateqoriyadır. Onun axımının qarşısını subyektlər ala bilməzlər. Müddətin yaxınlaşmasını nə dəyişdirmək, nə
də ləğv etmək olar. Buna görə də müddəti hüquqi faktın hadisə və hərəkət kimi növləri ilə bərabər mövcud olan
müstəqil növü hesab etmək olmaz. Hüquqi faktlar sistemində müddət hadisə kateqoriyasına aid edilir.
Bizim fikrimizjə, axırıncı qrup alimlərin mövqeyi həqiqətə daha yaxındır. Doğrudan da, mübahisəsiz olaraq,
müddət hüquqi faktların hadisə kimi növünə daxildir. Daha konkret və dürüst söyləsək, o, hadisənin nisbi ha-
Dostları ilə paylaş: |