Vaxt dövrünün bitməsi üsulunun mahiyyəti ondan ibarətdir ki, bu üsula görə müddət, nejə deyərlər, onun
«uzunluğu»nun təyin edilməsi ilə müəyyənləşdirilir və illərlə, aylarla, həftələrlə, günlərlə və ya saatlarla hesab-
lanır. Vaxt dövrü müəyyən vaxt kəsiyidir ki, bu kəsik həddində mülki hüquq və vəzifələr ya əmələ gəlir, ya
mövcud olur, ya dəyişir, ya da xitam edilir.
Göstərilən üsulla müddətlərin təyin edilməsi həm qanunda, həm də müqavilədə nəzərdə tutula bilər. Məsə-
lən, qanunda göstərilir ki, borc müqaviləsi üzrə faizlər müvafiq surətdə ilin sonunda ödənilməlidir (MM-in 741-
ci maddəsi). Tərəflər bağladıqları borc müqaviləsində nəzərdə tuturlar ki, borc alan borcu üç aydan sonra qay-
tarmalıdır.
Bəzi hallarda müddət illərlə, aylarla və s. yox, rüblərlə, yarımilliklə, dekada (on günlük müddət) ilə, sutka ilə
də müəyyənləşdirilə bilər. Məsələn, bank əmanətinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra
ödənilir (MM-in 949-cu maddəsinin 2-ci bəndi). Başqa bir misalda tərəflər əvəzsiz istifadə müqaviləsində gös-
tərə bilərlər ki, əşya yarım il müddətinə istifadəyə verilir.
Dostları ilə paylaş: |