3. Müddətin növləri
Mülki hüquq elmində müddətlər müxtəlif növlərə bölünür. Onlar cürbəcür meyar və əlamətlərə görə təsnif
edilir.
Müəyyən edilmə əsasına görə mülki-hüquqi müddətlər üç yerə bölünür. Başqa sözlə desək, müddətin nəyin
ə
sasında müəyyən edilməsindən asılı olaraq onların üç növü fərqləndirilir:
●
qanuni müddətlər;
●
müqavilə müddətləri;
●
məhkəmə müddətləri.
Qanuni müddətlər odur ki, bu müddətlər qanunlarda və ya digər normativ aktlarda nəzərdə tutulur. Bu
müddətlərin «qanuni» adlanması digər müddət növlərinin qanunsuz hesab olunmasına dəlalət etmir. Həmin
müddətlər ona görə «qanuni» adlanır ki, onlar mülki qanunvericilik aktları ilə müəyyən edilir. Məsələn, qanun
binaya aid podrat müqaviləsi üzrə beş illik, yüklərin daşınması üzrə isə bir illik iddia müddəti nəzərdə tutur
(MM-in 776-cı və 861-ci maddələri). Qanun vərəsələr tərəfindən mirasın qəbul edilməsi üçün üç aylıq müddət
müəyyənləşdirir (MM-in 1246-cı maddəsi).
Digər müddət növlərinin qanuniliyinə kölgə və şübhə salmamaq üçün «qanuni müddət» termininin başqa ter-
minlə əvəz olunmasını məqsədəmüvafiq hesab edirik. Hüquq ədəbiyyatı səhifələrində bəzi müəlliflər qanuni
müddətləri normativ müddətlər anlayışı ilə əhatə edirlər. Zənn edirik ki, bu, daha uğurlu və münasib termin-
dir. Yaponiya mülki hüququnda isə onlar hüquq normaları ilə müəyyənləşdirilən müddətlər adlanır.
Qanuni müddətlər əsasən iki cəhəti ilə xarakterizə olunur: birincisi, bu müddətlər, ümumi qaydaya görə tə-
rəflərin sazişi ilə dəyişdirilə bilməz; ikincisi, bu müddətlər həm fiziki, həm də hüquqi şəxslər üçün, habelə məh-
kəmə orqanları üçün məjburidir.
Tərəflərin sazişi ilə müəyyən edilən müddətlərə müqavilə müddətləri deyilir. Bu müddətlər, adətən, konk-
ret hüquqların həyata keçirilməsi və konkret vəzifələrin icra edilməsi məqsədi ilə təyin edilir. Müqavilə müd-
dətlərinin köməyi ilə hüquq münasibətinin xüsusiyyəti nəzərə alınır, fərdi yanaşma tələb edən məsələlər həll
edilir. Buna görə də həmin müddətlər tərəflərin sazişi ilə dəyişdirilə, uzadıla və ya qısaldıla bilər. Müqavilə
müddətinə misal olaraq satıcının əşyanı alıcıya alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə verməsini
göstərmək olar (MM-in 569-cu maddəsinin 1-ci bəndi). Başqa misalda müqavilə ilə iddia müddəti müəyyən
edilir (MM-in 374-cü maddəsinin 1-ci bəndi). Müqavilə müddəti əqdlə müəyyənləşdirilən müddət də adlanır.
Dostları ilə paylaş: |