disə kimi növünə aiddir. Ona görə ki, müddətdən danışanda, ümumiyyətlə, subyektlərin iradəsini inkar etmək
olmaz. Nisbi hadisə odur ki, o, subyektlərin hərəkətləri nəticəsində yaransa da, bu hərəkətlərdən asılı olmayaraq
inkişaf edir. Müddəti bu növ hadisəyə aid etmək üçün kifayət qədər əsaslar vardır.
Bununla belə, vaxtın keçməsi faktı, insanın bioloci ölüm vaxtı isə mütləq hadisə növünə şamil edilir. Məsə-
lən, insanın bioloci ölümü ilə miras açılır. Cinayət əməli nəticəsində baş verən ölüm, insanın doğulması kimi
vaxt müddəti nisbi hadisədir.
Müddətlərin mülki-hüquqi əhəmiyyətə malik olmasını nəzərə alaraq mülki qanunvericilik onların tənzimlən-
məsinə xüsusi diqqət yetirir. Belə ki, o, müddətlər barədə həm ümumi, həm də xüsusi qayda müəyyən edir.
Ümumi qayda mülki hüquqla tənzimlənən bütün münasibətlərə şamil edilir. Bütün eyni tipli mülki hüquq mü-
nasibətləri üçün müəyyənləşdirilən həmin qayda MM-in 17-ci fəslinə daxil olan maddələrdə (367-371-ci mad-
dələrdə) nəzərdə tutulmuşdur. Xüsusi qayda isə yalnız müvafiq müddət müəyyənləşdirilən münasibətlərə şamil
edilir. Məsələn, podrat müqaviləsi üzrə iddia müddəti xüsusi qaydaya misal ola bilər (MM-in 776-cı maddəsi).
Müddətlərin qaydaya salınmasına və tənzimlənməsinə xarici ölkələrin qanunvericiliyi də mühüm əhəmiyyət
verir. Məsələn, Almaniya Mülki Qanunnaməsinin birinci kitabının dördüncü bölməsi (§ 186-197 və s.), RF
MM-in on birinci fəsli, Fransa Mülki Məcəlləsinin üçüncü kitabının 22-ci bölməsi və s. müddətlərin nizama sa-
lınmasına həsr edilmişdir. Yaponiya MM-in 135-170-ci maddələri müddət üzrə münasibətləri tənzimləyir.
Dostları ilə paylaş: |