5. ddia müddətinin ötürülməsinin nəticələri
ddia müddətinin ötməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Bu nəticələr üç cürdür.
ddia müddətinin ötürülməsinin birinci hüquqi nəticəsi ondan ibarətdir ki, o, maraqlı şəxsi (iddiaçını) öz
pozulmuş hüququnu məjburi qaydada məhkəmənin köməyi ilə bərpa etmək imkanından məhrum edir.
Belə ki, iddia müddətinin ötməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarmasına səbəb olur. Bununla
maraqlı şəxs (iddiaçı) öz hüquq və mənafeyini müdafiə etmək üçün borcluya məjburetmə tədbirinin tətbiq olun-
masını tələb etmək imkanını tamamilə itirir. Bu isə o deməkdir ki, iddia müddətinin ötməsi maraqlı şəxsi maddi
mənada iddia hüququndan məhrum edir, bu hüququn itirilməsinə səbəb olur. Başqa sözlə desək, əgər işə
(mülki-hüquqi mübahisəyə), yəni iddia tələbinə baxarkən məhkəmə iddia müddətinin ötürülməsini müəyyənləş-
dirərsə, onda o, iddiadan imtina barəsində qərar çıxarır. Məsələn, borc müqaviləsinə görə, vətəndaş öz qonşusu-
na bir aylıq müddətə iki min manat məbləğində borc verir. Qonşu bir ay keçdikdən sonra borcu qaytarmır. O,
vətəndaşın borcun qaytarılması barəsində tələblərinə əhəmiyyət vermir. Bu minvalla dörd il keçir. Vətəndaş id-
dia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə bu tələbə baxaraq müəyyən edir ki, vətəndaş müqavilə tələb-
ləri üzrə qanunun nəzərdə tutduğu üç illik iddia müddətini üzrlü səbəblər olmadan ötürmüşdür. Buna görə də o,
iddiadan imtina barədə qərar qəbul edir. Beləliklə, borc verən vətəndaş borcun alınmasını məjburi qaydada
məhkəmənin köməyi ilə almaq imkanını (maddi mənada iddia hüququnu) itirir. Lakin iddia müddətinin ötürül-
məsi prosessual mənada iddia hüququnun itirilməsinə səbəb olmur. Çünki bu hüquqa iddia müddəti şamil edil-
378
mir.
ddia müddətinin ötürülməsi məhkəmə müdafiəsinin predmeti olan subyektiv mülki hüququn ləğv edilməsi-
nə və xitam olunmasına səbəb olurmu? Bu, hüquq ədəbiyyatı səhifələrində geniş diskussiya doğuran məsələdir.
Sivilistika doktrinasında (mülki hüquq elmində) həmin məsələyə cavab vermək üçün iki əsas konsepsiya irəli
sürülmüşdür.
Birinci konsepsiya tərəfdarlarının mövqeyinə görə, iddia müddətinin ötməsi subyektiv hüququn özünün ləğv
edilməsinə səbəb olur. Belə ki, bu hüququ məjburi qaydada həyata keçirmək qeyri-mümkündür.
kinci konsepsiya tərəfdarları belə hesab edirlər ki, iddia müddətinin ötürülməsi subyektiv mülki hüququn
itirilməsinə səbəb olmur, bu hüquq mövcud olmaqda davam edir. Maraqlı şəxs borclu şəxsə belə halda məjbu-
riyyət tədbiri tətbiq olunması imkanından məhrum olur.
Bizim fikrimizjə, ikinci konsepsiya tərəfdarlarının mövqeyi həqiqətə daha yaxındır. Məhkəmə praktikası da
bu mövqedə dayanır. Müasir müəlliflərin hamısı, istisnasız olaraq, həmin konsepsiyanı dəstəkləyirlər.
Doğrudan da, iddia müddətinin ötürülməsi iddia hüququnu itirən maraqlı şəxsə imkan vermir ki, o, öz pozul-
muş subyektiv mülki hüququnu məjburi qaydada müdafiə etmək üçün məhkəmənin köməyindən istifadə etsin.
Dostları ilə paylaş: |