Hüquqazidd hərəkətlərdən əmələ gələn öhdəliklərə aiddir: əsassız varlanmadan əmələ gələn öhdəlik
(kondikasiya öhdəliyi); ziyan vurmaq nəticəsində əmələ gələn öhdəlik (delikt öhdəliyi).
Ə
mələ gəlmə əsasına görə öhdəliklərin qanundan əmələ gələn öhdəliklər kimi növü fərqləndirilir (MM-in
8-ji bölməsi, 57-ji və 58-ji fəsillər). Bu cür öhdəliklər qanunun göstərişləri əsasında əmələ gəlir. Bu cür öhdəli-
yə aiddir: özgənin işlərini tapşırıqsız aparma; əsassız varlanma. Yeri gəlmişkən, onu qeyd edək ki, delikt öhdə-
likləri də qanundan əmələ gələn öhdəliklərdir. Ona görə ki, zərərvuran vurulmuş zərərin əvəzini öz arzusu və is-
təyi əsasında yox, qanunun göstərişinə əsasən ödəməyə borcludur.
Öhdəliklərin pul öhdəlikləri adlı xüsusi xarakterli növü fərqləndirilir (MM-in 439-cu maddəsi). Pul öhdəlik-
lərini Roma hüququ da nəzərdə tutmuşdu.
|