Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1261/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1257   1258   1259   1260   1261   1262   1263   1264   ...   1820
borcun köçürülməsi və ya öhdəliyin verilməsi adlanır.  

Öhdəlikdə şəxslərin dəyişməsi təkjə tərəflərin sazişi, yəni tələbin güzəşti və borcun köçürülməsi kimi xüsusi 

xarakterli sazişlər (əqdlər) əsasında həyata keçirilmir. Bu, həm də qanunda birbaşa nəzərdə tutula bilər. Belə 

halda qanunda ifadə olunan göstəriş əsasında öhdəlikdə şəxslər dəyişdirilir, yəni kreditorun öhdəlik üzrə tələb-

ləri qanun əsasında başqa şəxsə güzəşt edilir: bu kimi hallara aiddir: 

  universal  hüquq  varisliyi  (söhbət,  hər  şeydən  əvvəl  vərəsəlikdən  gedir.  Belə  ki,  miras  qoyan  öldükdə 



onun tələb hüquqları, məsələn, hər hansı şəxsdən borcun qaytarılmasını tələb etmək hüququ vərəsələrinə keçir); 

 zaminlik (zamin borclunun əvəzinə kreditora borcu qaytarır; bu zaman borcludan kreditorun tələb etmək 



hüququ zaminə keçir – MM-in 475-ji maddəsinin 1-ji bəndi); 

 üçüncü şəxsin kreditoru təmin etməsi (hər hansı üçüncü şəxs borclunun əvəzinə kreditora borcu ödəyir; 



bu zaman kreditorun borcludan tələb etmək hüququ üçüncü şəxsə keçir – MM-in 431-ji maddəsinin 3-cü bəndi; 

 birgə borclulardan birinin öhdəliyi tam icra etməsi (kreditor qarşısında birgə öhdəliyi icra edən birgə 



borcluya kreditorun digər borclulardan tələb etmək hüququ keçir – MM-in 509-cu maddəsinin 3-cü bəndi); 

 qanunda nəzərdə tutulan digər hallarda.  



 

Kreditorun tələblərinin qanun əsasında başqa şəxsə güzəşt edilməsi hallarını nəzərdə tutan bu siyahı qəti xa-

rakterə malik olmayan təxmini siyahıdır. Belə ki, mümkün olan başqa hallar da yarana bilər.  

Tələbin güzəşti öhdəlikdə şəxslərin dəyişməsinin mümkün olan iki halından biridir. Tələbin güzəştinin özü 

iki formada həyata keçirilir: 

 sessiya (latınca «cessio» — âåðìÿê, ýöçÿøò åòìÿê) formasında; 



 subroqasiya (latınca «subroqare» — əvəz etmək, tamamlamaq, doldurmaq). 

Sessiya tələbin güzəşt edilməsinin əsas forması hesab olunur. Bu anlayışı hələ Roma hüququ da tanıyırdı. 

Roma hüququ sessiyanı tələb hüququnun bir şəxsdən digərinə keçməsi kimi nəzərdə tuturdu. Bu hüquq sessiya-

nın fəal sessiya və passiv sessiya kimi iki növünü fərqləndirirdi. Fəal sessiya öhdəlikdə kreditorun başqası ilə 

ə

vəz edilməsini nəzərdə tuturdu. O, «tələblərin verilməsi» adı ilə də əhatə olunurdu. Passiv sessiyaya özgəsinin 




 

403


borcunu kreditorun öz öhdəsinə  götürməsi kimi anlayış verilirdi. Xarici  ölkələrin (məsələn, Almaniyanın,  s-

veçrənin, Hollandiyanın,  taliyanın və s.) qanunvericiliyi də sessiya anlayışını tanıyır. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1257   1258   1259   1260   1261   1262   1263   1264   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin