sessionar arasında bağlanan əqd başa düşülür. Bu cür əqd kimi alqı-satqı, bağışlama, dəyişmə, faktorinq və s.
mülki-hüquqi müqavilələr başa düşülür. Özü də bu əqd hüquqi təbiətinə görə həm əvəzli, həm əvəzsiz və ya
həm birtərəfli, həm ikitərəfli və yaxud da həm real, həm də konsensual əqd ola bilər. Bu əqdlərin predmetini tə-
ləb hüquqları təşkil edir. Konkret misal çəkməklə bu məsələləri aydınlaşdıraq. Vətəndaş öz qonşusuna müəyyən
məbləğdə borc pul verir və bununla onlar arasında öhdəlik (borc öhdəliyi) yaranır. Lakin borc verən qonşu uzun
müddətə xarici ölkəyə işləməyə gedir. Belə halda o, borc alan qonşudan borcun verilməsini tələb etmək hüqu-
qunu qardaşına verir (bağışlayır). Bu misalda borc verən qonşu sedent, onun qardaşı sessionar, borc alan qonşu
isə borclu adlanır. Sessiyanın əsası, yəni tələb hüququnun verilməsi üçün əsas olan hüquqi fakt (əqd) bağışlama
müqaviləsidir. Bu müqavilənin predmetini isə sedentə (borc verən qonşuya) məxsus olan tələb hüququ təşkil
edir. Tələb hüququnun verilməsi aktı isə sessiya adlanır.
Hüquqi fakt dedikdə, ikincisi, qanunda bilavasitə nəzərdə tutulan elə hallar (bu halların təxmini siyahısını
yuxarıda vermişik) başa düşülür ki, bu hallar nəticəsində öhdəlikdə kreditor dəyişdirilir. Məsələn, universal hüquq
varisliyi nəticəsində öhdəlik üzrə tələb hüquqları sedentdən sessionara keçə bilər.
Bu, qanunda birbaşa nəzərdə tutulan hüquqi faktdır. Vətəndaş dostuna borc pul verir. Lakin borc məbləğini
dostundan geri almamış o ölür. Borc verənin vərəsələrinin qonşudan borc məbləğinin qaytarılmasını tələb etmək
ixtiyarı vardır. Ona görə ki, borc öhdəliyi üzrə tələb hüququ ölən vətəndaşdan (sedentdən) onun vərəsələrinə (ses-
sionara) keçmişdir. Bunun üçün əsas isə qanunda nəzərdə tutulan hüquqi fakt, yəni universal hüquq varisliyi (və-
rəsəlik) olmuşdur. Belə hallarda söhbət mahiyyətjə, qanun əsasında yaranan sessiyadan gedir. Almaniya sivilistika
doktrinasında göstərilir ki, sessiya qanun əsasında yarana bilər. Burada həmin hala belə bir misal çəkilir: zamin tə-
rəfindən borc ödənildikdən sonra borcluya olan tələb hüququ ona keçir. Bu halı bizim ölkə qanunvericiliyi də nə-
zərdə tutur (MM-in 475-ji maddəsinin 1-ji bəndi). Bundan əlavə, Almaniya mülki hüquq elmində göstərilir ki, ha-
kimiyyət aktı yolu ilə də sessiya yarana bilər (məsələn, əmlaka həbs qoymaqla öhdəliyin məcburi icrası).
Öhdəlikdə tərəf kimi çıxış edən borclunun kreditorun öz tələb hüququnu digər şəxsə verməsində marağı yox-
dur. Bununla belə, kreditorun öz tələb hüququnu başqasına verməsi borclunun mənafeyinə toxunmur və onun hü-
quqlarını pozmur. Buna görə də öhdəliyin kimin qarşısında — yeni kreditorun, yoxsa əvvəlki kreditorun qarşısın-
da icra edəjəyinin borclu şəxs üçün təvafütü yoxdur. Göstərilən halı nəzərə alaraq, qanun müəyyən edir ki, kredi-
Dostları ilə paylaş: |