Sinqulyar (qismən) hüquq varisliyi əsasında öhdəlikdə şəxslərin dəyişməsi zamanı hüquq varisinə bütün
ə
mlak (hüquq və vəzifə) yox, yalnız konkret öhdəlik üzrə hüquq və vəzifələr keçir. Bu qaydada öhdəlikdə şəxslə-
rin dəyişməsi, ümumi qaydaya görə, xüsusi saziş (əqd) əsasında həyata keçirilir. Bu saziş tələbin güzəşti (tələb hü-
ququnun verilməsi) və borcun köçürülməsi adlanır.
Deməli, öhdəlikdə şəxslərin dəyişməsi özündə iki anlayışı birləşdirir: tələbin güzəşti anlayışını; borcun kö-
çürülməsi anlayışını. MM-in 194-202-ji maddələrində ifadə olunan normalar tələbin güzəşti üzrə, onun 26-jı
fəslinin 2-ji paraqrafına daxil olan normalar (522-526-jı maddələr) borcun köçürülməsi üzrə münasibətləri qay-
daya salır. Öhdəlikdə kreditorun başqa birisi ilə əvəz olunmasına tələb hüququnun güzəşti (tələbin güzəşti)
deyilir. Əgər öhdəlikdə borclu şəxsin yerini başqa birisi tutarsa, onda bu cür qaydada şəxslərin dəyişməsi
Dostları ilə paylaş: |