etməlidir. Bu tələb MM-in 405-ji maddəsinin 1-ji bəndində ifadə olunan belə bir göstərişdən irəli gəlir ki, tərəf-
lər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Əgər təklifdə
müqavilənin mühüm şərtlərindən heç olmazsa, biri göstərilməzsə, həmin təklif oferta kimi qəbul edilə bilməz.
Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır (MM-in 408-ji maddəsinin 1-ji bəndi).
Qanunun nəzərdə tutduğu üçüncü tələb ondan ibarətdir ki, təklif kifayət qədər müəyyən olmalı və şəxsin
müqavilə bağlamaq niyyətini açıq-aşkar ifadə etməlidir. Şəxsin müqavilə bağlamaq niyyətini ifadə etməyən
təklif qeyri-müəyyən təklif hesab edilir və müqavilənin bütün mühüm şərtlərini əks etdirsə də, oferta kimi qəbul
edilmir.
Qanunun nəzərdə tutduğu dördüncü tələb ondan ibarətdir ki, təklifdə onu vermiş şəxsin təkjə müqavilə bağ-
lamaq niyyəti yox, həm də onun təklifə kontragent (qarşı tərəf) razılıq verdikdə, öz təklifinin icrasına hazır ol-
Dostları ilə paylaş: |