məzlik prinsipi tətbiq edilir. Bu prinsip müqavilə bağlamaq barədə təklif vermiş şəxsin öz təklifini geri götürə
aldığı oferta onun aksepti üçün müəyyənləşdirilmiş müddət ərzində geri götürülə bilməz (MM-in 408-ji maddə-
sinin 6-jı bəndi). Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyi təklifin geri götürülməzliyi prin-
sipini müəyyənləşdirir. Bu, kontinental hüquq ailəsinin ənənələrinə uyğundur. Belə ki, kontinental (roman-ger-
433
man) hüquq sistemləri ofertanın geri götürülməzliyi prinsipini təsbit edir. Analoci prinsipi Yaponiya mülki hü-
ququ da nəzərdə tutur. Bu prinsipə görə, oferta imperativ xarakterə malikdir: müqavilə bağlanana kimi ofertanın
geri götürülməsinə yol verilmir. Yaponiya MM-inə görə, aksept üçün müddət müəyyənləşdirilərsə, həmin müd-
dət ərzində oferta geri götürülə bilməz (MM-in 521-ji maddəsinin 1-ji bəndi). Ümumi hüquq (ingilis-amerikan)
ailəsi isə bundan fərqli olaraq, ofertanın geri götürülməsi qaydasını nəzərdə tutur.
Belə təsəvvür yaranır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ofertanın onun aksepti üçün mü-
ə
yyənləşdirilmiş müddət ərzində geri götürülməzliyi prinsipini təsbit edir. Bu cür oferta qəti oferta hesab edilir.
Aksept üçün müddət ya qanunvericiliklə müəyyən edilə bilər, ya da ofertanın özündə nəzərdə tutula bilər. Mə-
sələn, qanunla malların göndərilməsi müqaviləsi üzrə aksept üçün otuz gün müddət müəyyənləşdirilirdi (MM-
in qüvvədən düşmüş 628-ji maddəsinin 1-ji bəndi). Bəzi hallarda aksept üçün müddət nəzərdə tutulmaya da bi-
lər. Bu cür məqamlarda aksept üçün normal zəruri müddət tətbiq edilir (MM-in 409-cu maddəsinin 8-ji bəndi).
Ofertanın geri götürülməzliyi prinsipini təsbit edən qanun norması imperativ yox, dispozitiv xarakter daşıyır.
Bu, o deməkdir ki, ofertada ayrı qayda da nəzərdə tutula bilər, yəni ofertanın qəti olmaması, onun geri götürülə
bilməsinin mümkünlüyü qaydası göstərilə bilər.
Ofertanın geri götürülməsi təklifin mahiyyətindən də irəli gələ bilər. Məsələn, tez xarab olan və korlanan
malların satışı müqaviləsini bağlamaq təklifinin, şübhəsiz ki, geri götürülməsi onun verildiyi şəraitlə bağlı ola
bilər. Məsələn, oferta göndərilən vaxt milli zəmində münaqişə baş verir və ya gərgin ictimai-sosial vəziyyət ya-
ranır. Bu vəziyyətdə oferta geri götürülərsə, bu, ədalətsiz hal və pozuntu hesab edilə bilməz.
Oferta geri götürüləndə bu barədə bildiriş göndərilir (və ya verilir). Elə hallar olur ki, təklif verilən kimi onu
dərhal geri götürmək haqqında qərar qəbul edilir. Belə məqamlarda bildiriş ofertadan əvvəl və ya onun özü ilə
eyni vaxtda daxil olur. Bu, o deməkdir ki, oferta verilməmişdir. Ona görə ki, oferta ünvan sahibi tərəfindən
alınmamış onun geri götürülməsi barədə bildiriş verilir.
Beləliklə, oferent ünvan sahibinin aldığı ofertanı onun aksepti üçün müəyyənləşdirilmiş müddət ərzində geri
götürə bilməz. Məsələn, bağ evini kirayəyə verən mülkiyyətçinin ixtiyarı yoxdur ki, bu evi kirayəyə götürmək
arzusunda olan vətəndaşın təklifi qəbul etməsi (razılıq verməsi) üçün müəyyənləşdirilmiş müddət ərzində hə-
min təklifi geri götürsün. Elə hesab edək ki, mülkiyyətçi bu müddəti gözləmir və bağ evini digər şəxsə kirayəyə
verir. Nəzərdə tutulmuş müddətdə təklifə razılıq verən vətəndaş bağ üçün lazım olan şeyləri bağa daşıyır və bu-
nun üçün daşınmaya kifayət qədər xərclər çəkir. Bağ evini başqasına verdiyini görən vətəndaş ona vurulmuş zə-
rərin (məsələn, daşıma xərclərini və s.) əvəzinin ödənilməsini tələb edə bilər. Belə təsəvvür yaranır ki, ünvan
sahibinin aldığı ofertanı birtərəfli qaydada geri götürən oferent çəkilmiş xərclərin əvəzini öz kontragentinə ödə-
məlidir.
Yuxarıda göstərilən əlamətlərə uyğun gəldikdə, təklif oferta kimi qəbul edilir. Həmin əlamətlərdən biri ol-
Dostları ilə paylaş: