Microsoft Word mulki huquq doc


Balıqların təsərrüfat əhəmiyyətinə malik olması onun alqı-satqı müqavil



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1537/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1533   1534   1535   1536   1537   1538   1539   1540   ...   1820
Balıqların təsərrüfat əhəmiyyətinə malik olması onun alqı-satqı müqaviləsinin predmeti kimi çıxış etmə-

sini şərtləndirir. Hazırda dünya əhalisinin heyvani zülala olan ehtiyajının 35-40%-nə qədərini balıq məhsulları 

təşkil edir. Bu məhsullar konserv, dondurulmuş, duzlanmış, ədviyyatlı və hisə verilmiş halda emal olunur. Balıq 

yağı çox faydalı məhsuldur. Bəzi balıqların dərisi qalantereya sənayesi üçün xammal mənbəyi ola bilər. Nəha-

yət, balıq məhsulları yüksək keyfiyyətli ərzaqdır. Balıq ətinin tərkibində fosfor maddələri çoxdur ki, bu maddə-

lərin zehni əmək adamları üçün vacib əhəmiyyəti vardır. Balıq estetik əhəmiyyətə də malikdir. Min cür al-əlvan 

rəngli, zahirən çox gözəl görünən akvarium balıqları mənzil-məişətin bəzəyidir. Həvəskar balıqçılıq, hər şeydən 

ə

vvəl,  əsəb  xəstəliklərinin  müalijəsində  müəyyən  əhəmiyyətə  malikdir.  Balıq  kürüsü  yüksək  keyfiyyətli  qida 



məhsuludur. Bakı bazarlarında nərə, siyənək, çəki və digər balıq növlərinin tez-tez satılmasını görürük.  

Balıq ehtiyatının qorunması ilə əlaqədar qanunsuz tutulan hər bir balıq üçün jərimə müəyyən edilmişdir.  

Beləliklə, heyvanlar, quşlar və balıqlar insanın həyatında böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanla-

rın ətindən, dərisindən, sümüyündən istifadə edirdilər. Zaman keçdikjə insanlar tədrijən müxtəlif heyvanları əh-

liləşdirmiş və onlardan  maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq və s. təsərrüfatlar  yaratmışlar.  Bu təsərrüfat 

cəmiyyəti yeyinti məhsulları və yüngül sənaye xammalı ilə təmin edir. 

nsan üçün heyvanların, quşların və balıqların əhəmiyyəti böyük və çoxcəhətlidir. Onların ətindən, xəz dəri-

sindən,  piyindən,  daxili  orqanlarından  ərzaq,  sürtmə  yağı,  ətriyyat  maddələri,  müalijə-profilaktika  dərmanları 

alınır. Heyvanların, quşların və balıqların istehlakçılara çatdırılmasında alqı-satqı müqaviləsi hüquqi forma 

rolunu oynayır. Lakin elə heyvan növləri vardır ki, onlar alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Azər-

bayjanın Qırmızı kitabına daxil edilmiş heyvanlar bu cür heyvanlardan hesab edilir. Məsələn, ilan balığı Qırmı-

zı kitaba daxil edilib. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1533   1534   1535   1536   1537   1538   1539   1540   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin