qaviləsinin predmeti kimi çıxış edə bilməz. Xəz dərisindən istifadə etmək üçün samur, suiti, norka, sinjab, də-
lə, tülkü, çaqqal, janavar, qunduz və s. ovlanır. Bəzək-estetik məqsədlər üçün qəfəsdə saxlanan heyvanlar
Avropa ölkələrinə nisbətən Azərbayjanda azdır.
Quşlar da alqı-satqı müqaviləsinin predmeti ola bilər. Təxmini hesablamalara görə dünyada yüz milyard
başa qədər quş yaşayır və onlar doqquz min növə daxildir. Quşlar da ev quşları və ov quşları adlı iki yerə ay-
rılır. Ev quşları əsasında quşçuluq inkişaf edir. Quşçuluq heyvandarlığın çox əlverişli və xeyirli sahəsidir. Bu
elə bir sahədir ki, o, az vaxtda çoxlu miqdarda və yüksək keyfiyyətli ərzaq məhsulları verməyə qadirdir, Quş
ə
tinin dadı yaxşı, qidalılığı yüksəkdir, tez və rahat həzm olunur. Ona görə pəhriz xörəklərinin çoxunu və uşaq
xörəklərini hazırlamaq üçün quş əti əlverişlidir. Toyuq yumurtaları çox vacib ərzaq məhsuludur. Yumurtadan
yeyinti sənayesində geniş istifadə olunur. Quş əti və yumurta hətta müalijəvi əhəmiyyətə malikdir, bəzi dərman-
ların hazırlanmasında yumurtadan istifadə olunur. Lələkdən yorğan, balış və döşək düzəldilir. Dünyada geniş
istifadə edilən əsas ev quşları toyuq, qaz, ördək, hind toyuğu, tovuz quşu və göyərçinlərdir. Bundan əlavə, bə-
zək quşu olan bülbül, tutuquşu və başqaları ev quşu kimi bəslənib saxlanır. Biz tez-tez bu cür quşların alınıb-sa-
tılmasının şahidi oluruq.
Dostları ilə paylaş: |