3. Pərakəndə alqı-satqı müqaviləsinin
hüquqi tənzimlənmə mənbələri
Pərakəndə alqı-satqı münasibətlərinin tənzimlənməsində Azərbayjan Respublikası Mülki Məjəlləsinin
normaları mühüm yer tutur. MM-in 29-cu fəslinin 3-cü paraqrafı (MM-in 614-625-ci maddələri) bu cür müna-
sibətlərin nizama salınmasına həsr edilmişdir. Göstərilən paraqrafın həmin maddələrində pərakəndə alqı-satqı
müqaviləsindən əmələ gələn münasibətlərə toxunan ümumi müddəalar formulə edilmişdir. Bu müddəalarla, bir
qayda olaraq, alqı-satqı haqqında ümumi normalarla (29-cu fəslin 1-ci paraqrafı) tənzimlənməyən münasibətlər
nizama salınır. Məsələn, mal haqqında informasiya verilməsi, malların nümunələr üzrə satılması, malların avto-
matlardan istifadə etməklə satılması ilə əlaqədar münasibətlər və s. alqı-satqı müqaviləsi haqqında ümumi müd-
dəalarla tənzimlənmir. Göstərilən məsələlərin qaydaya salınması pərakəndə alqı-satqı müqaviləsi haqqında
müddəaların vasitəsilə həll edilir.
Bununla bərabər, pərakəndə alqı-satqı müqaviləsi haqqında ümumi müddəalar bəzi məsələlər barəsində alqı-
satqı müqaviləsi haqqında ümumi müddəalardan fərqli qaydalar müəyyən edir. Məsələn, pərakəndə alqı-satqı
haqqında normalar (MM-in 625.2-ci maddəsi) lazımi keyfiyyəti olmayan malın əvəzinə verilən malın qiyməti
arasındakı fərqin ödənməsi barədə yeni qayda müəyyən edir.
Pərakəndə alqı-satqı müqaviləsi ilə tənzimlənməyən münasibətlərə alqı-satqı haqqında ümumi müddəalar
tətbiq edilir. Məsələn, pərakəndə alqı-satqı müqaviləsində satıcının malı vermək vəzifəsinə malın keyfiyyəti,
miqdarı, çeşidi, komplektliyi, komplekti və s. barədə tələblər (şərtlər) daxil edilir ki, bu tələblərlə bağlı münasi-
bətlər pərakəndə alqı-satqı müqaviləsi haqqında yox, alqı-satqı müqaviləsi haqqında müddəalarla nizama salı-
nır. Beləliklə, pərakəndə alqı-satqı müqaviləsi haqqında ümumi müddəalar malların pərakəndə satışı üzrə sahib-
karlıq fəaliyyətini həyata keçirən satıcı ilə öz şəxsi-məişət ehtiyajlarını ödəmək üçün mal alan alıcı arasında ya-
ranan münasibətlərin hüquqi tənzimlənməsinin yalnız xüsusiyyətlərini müəyyən edir.
Pərakəndə alqı-satqı müqaviləsindən əmələ gələn münasibətlərin mülki-hüquqi tənzimlənməsində qanunlar
ə
sas yerlərdən birini tutur. Pərakəndə ticarətin hüquqi nizama salınmasında « stehlakçıların hüquqlarının
Dostları ilə paylaş: |