2. Pərakəndə alqı-satqı müqaviləsinin tətbiq
sferası, məqsədi və əhəmiyyəti
Pərakəndə alqı-satqı müqaviləsinin MM-in 614.1-ci maddəsində formulə edilən leqal anlayışından belə tə-
səvvür yaranır ki, satıcının müqavilə ilə alıcıya verdiyi malın əsas təyinatı ondan sahibkarlıq fəaliyyəti ilə bağlı
olmayan şəxsi, ailə, ev və ya digər məqsədlər üçün istifadə etməkdən ibarətdir. Bu, həmin malın spesifik xüsu-
siyyətidir. Göstərilən həmin xüsusiyyət müstəsna dərəcədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün is-
tifadə olunan malların alqı-satqı münasibətlərinin pərakəndə alqı-satqı müqaviləsi ilə tənzimlənməsini istisna
edir. Bu cür münasibətlər pərakəndə alqı-satqı müqaviləsinin müəyyən etdiyi qaydalarla nizama salınmaqdan
çox uzaqdır. Məsələn, sənaye avadanlıqlarının, tikinti texnikasının və sahibkarlıq fəaliyyətinin həyata keçiril-
məsi ilə bağlı olan digər malların alqı-satqı münasibətləri bu müqavilə vasitəsi ilə rəsmiləşdirilmir. Odur ki, hə-
min münasibətlərə MM-in pərakəndə alqı-satqı müqaviləsi barədə müddəaları tətbiq edilmir. Bu cür müddəala-
rın tətbiq sferasına yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün
Dostları ilə paylaş: |