2. Müqavilənin predmeti
Müqavilənin predmeti pərakəndə alqı-satqı müqaviləsinin mühüm şərtidir. Müqavilənin predmetinin spe-
sifikliyi (müqavilənin subyekt tərkibi ilə birlikdə) bu müqaviləni alqı-satqı müqaviləsinin digər növlərindən
fərqləndirməyə imkan verir.
Pərakəndə alqı-satqı müqaviləsinin predmetini dövriyyədə olması qadağan edilməyən, yəni dövriyyə qabi-
liyyəti olan hər hansı əşya (mal) təşkil edir. Məhdud dövriyyə qabiliyyətli olan (məsələn, mülki silah) əşyala-
rın müqavilənin predmeti ola bilməsi istisna edilmir. Lakin məhdud dövriyyə qabiliyyətli əşyaların (malların)
pərakəndə alqı-satqı müqaviləsinin predmeti olması üçün alıcının müvafiq icazə alması tələb olunur. Müqavilə-
nin predmeti kimi həm fərdi əlamətləri ilə, həm də cinsi əlamətləri ilə müəyyən edilən əşyalar çıxış edə bilər.
Lakin malların pərakəndə alqı-satqı müqaviləsinin predmeti ola bilməsi üçün onların iki əlamətə uyğun gəlməsi
tələb olunur ki, bu əlamətlər malın spesifikliyini şərtləndirir. Birinci əlamət ondan ibarətdir ki, malın müqavi-
lənin predmeti ola bilməsi üçün o, pərakəndə ticarət qaydasında satılmalıdır. Başqa sözlə desək, bu mal top-
dansatış qaydasında realizə edilən mal ola bilməz. Ona görə ki, topdansatış qaydasında ticarət malların tək-tək
yox, çox sayda, kütləvi şəkildə və iri partiyalarla satışını nəzərdə tutur.
Dostları ilə paylaş: |