kasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları həm də pərakən-
də ticarət obyektlərinin fəaliyyətini tənzimləyir. Həmin qaydalarda göstərilir ki, ticarət obyektlərinin vitrinlərin-
də müstəqil pərakəndə satış qiymətləri göstərilməklə anjaq satışda olan malların nümunələri qoyulur.
§ 2. Pərakəndə alqı-satqı müqaviləsinin
elementləri
1. Müqavilədə iştirak edən tərəflər
Pərakəndə alqı-satqı müqaviləsində iki tərəf iştirak edir: satıcı; alıcı. Müqavilədə tərəf qismində çıxış edən
subyektlər (subyekt tərkibi) spesifikliyi ilə seçilirlər və bu xüsusiyyət müqavilənin predmeti ilə birlikdə onu
digər müqavilə növlərindən fərqləndirməyə imkan verir.
Pərakəndə alqı-satqı müqaviləsinə verilən leqal anlayışdan (MM-in 614.1-ci maddəsi) belə təsəvvür yaranır
ki, bu müqavilədə satıcı rolunda yalnız malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçi-
Dostları ilə paylaş: |