nə təminatlı xidmət göstərməlidir (MM-in 748-1.6-cı maddəsi). Buna görə də o, təminat müddəti ərzində əm-
lakla bağlı olan hər hansı qüsur və çatışmazlığı öz hesabına aradan qaldırmalıdır. Təminat müddəti ötüb keçdik-
dən sonra satıcı təminatlı xidmət göstərmək vəzifəsi daşımır.
Lizinq obyektini sığortalamaq satıcının daşıdığı vəzifələrdən biridir. Belə ki, əgər lizinq müqaviləsində ayrı
qayda nəzərdə tutulmayıbsa, satıcı lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərin-
dən sığortalamalıdır (MM-in 748-6.1-ci maddəsi). Sığorta müddəti satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq
müqaviləsinin müddəti başa çatdığı anı əhatə etməlidir.
Satıcı ilə lizinq verən arasında lizinq obyektinin əldə edilməsi barədə müqavilə alqı-satqı müqaviləsidir.
Odur ki, satıcının üstünə alqı-satqı müqaviləsi üzrə satıcının daşımalı olduğu analoji vəzifələr düşür.
Dostları ilə paylaş: |