irəli sürüləjəkdir. Buna görə də lizinq verən lizinq əmlakında aşkar olunan çatışmazlığa və qüsura görə məsu-
liyyət daşımır (MM-in 748-1.4-cü maddəsi).
Lizinq alan öz öhdəliklərini pozduğu hallarda (məsələn, o, lizinq obyektindən təyinatına uyğun istifadə et-
mədiyi, icazəsiz lizinq əmlakını sublizinqə verdiyi və digər hallarda), lizinq verən aşağıdakı mülki-hüquqi mü-
dafiə vasitələrindən istifadə edə bilər: mübahisəsiz pul məbləğlərini almaq; lizinq obyektini mübahisəsiz
geri almaq; lizinq müqaviləsini mübahisəsiz geri almaq.
Lizinq alan həm də lizinq obyektini qaytarmamağa və ya vaxtında qaytarmamağa görə məsuliyyət da-
ş
ıyır. Belə halda o, lizinq verənin tələbi ilə kompensasiya ödəməlidir (MM-in 748-1.9-cu maddəsi).
Lizinq alan aşağıdakılara görə məsuliyyət daşıyır (MM-in 748-7.1-ci maddəsi): lizinq əmlakının zərərin bü-
tün növlərindən qorunmasına görə; lizinq əmlakının məhv olması, itirilməsi, korlanması, oğurlanması və vax-
tından əvvəl sıradan çıxmasına görə; lizinq əmlakının quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərə
görə; lizinq əmlakının istismarı zamanı yol verilən risklərə görə. Lizinq müqaviləsində ayrı qayda da nəzərdə
tutula bilər.
Lizinq alanın hüququ var ki, o, lizinq müqaviləsinin pozulmasına görə öz məsuliyyət riskini lizinq verənin
xeyrinə sığortalasın (MM-in 748-6.5-ci maddəsi). Bundan ötrü o, sığorta təşkilatı ilə sığorta müqaviləsi bağla-
malıdır. Bu müqavilə üçüncü şəxsin xeyrinə bağlanan sığorta müqaviləsi, lizinq verən isə üçüncü şəxs sayı-
lır.
Dostları ilə paylaş: |