§ 5. Lizinq müqaviləsinin xitamı
1. Müqaviləyə xitam verilməsinin əsasları
Lizinq müqaviləsi müxtəlif əsaslara görə xitam edilir. Bu əsaslar mülki qanunvericilikdə nəzərdə tutulmuş-
dur. Digər tərəfdən qeyd etməliyik ki, qüvvədən düşmüş «Lizinq xidməti haqqında» AR Qanununun V fəslinə
daxil olan normalar (13-cü maddə) müqavilənin ləğv edilməsi əsaslarına həsr edilmişdi; qüvvədən düşməsinə
baxmayaraq həmin qanunda göstərilən əsaslar öz əhəmiyyətini itirməyərək aktuallığını saxlayır.
Lizinq müqaviləsinin müddətinin başa çatması müqavilənin xitam edilməsi əsaslarından biridir. Müqavi-
lənin müddəti qurtardıqdan və sona çatdıqdan sonra lizinq alan lizinq əmlakını lizinq verənə qaytarır. Bununla
müqavilə ləğv edilir.
Lizinq alan müəssisə ləğv edildiyi halda da lizinq müqaviləsi xitam edilir. Lizinq alan müəssisənin ləğv
edilməsi dedikdə bu müəssisənin mövcudluğuna və fəaliyyətinə onun hüquq və vəzifələrinin hüquqi varislik
qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi başa düşülür. Müəssisə müxtəlif əsaslara görə ləğv edilə
bilər. Məsələn, bu cür müəssisənin təsisçilərinin (iştirakçılarının) qərarı, o cümlədən müəssisənin mövcudluğu
üçün nəzərdə tutulan müddətin bitməsi və ya qarşıya qoyulmuş məqsədə nail olunması lizinq alan müəssisənin
fəaliyyətinə xitam verilməsi üçün əsas ola bilər.
Dostları ilə paylaş: |