§ 4. Tərəflərin məsuliyyəti
Françayzinq müqaviləsi iki müstəqil müəssisə arasında bağlanır. Həmin müəssisələr əmlak dövriyyəsinin
müstəqil subyektləridir. Ona görə də françayz verən françayz alanın öhdəlikləri üçün, françayz alan isə
françayz verənin öhdəlikləri üçün məsuliyyət daşımır.
Françayz verən françayzinq sistemi ilə nəzərdə tutulan hüquqlar və informasiya üçün məsuliyyət daşıyır. O,
qəsdən və ya ehtiyatsızlıqdan müqavilə öhdəliklərini poza bilər. Françayz verənin bu cür təqsirli hərəkətləri mə-
suliyyətə səbəb olur. Belə ki, müqavilə öhdəliklərini o, təqsirli surətdə pozarsa, bu, françayz alana françayzinq
Dostları ilə paylaş: |