Satış pulundan ayırmalar formasında həyata keçirilən üsul ən ədalətli ödəniş formalarından biridir. Bu
forma françayz verənə ödənilən haqqın miqdarının françayz alanın həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin
uğurlu nəticəsindən asılı olmasını nəzərdə tutur. Nə qədər yüksək nəticə əldə olunmuşdursa, ona da uyğun ola-
raq françayz verənə haqq verilir. Bu cür qayda isə françayz verəndə françayz alanın gördüyü işin nəticəsinə ma-
raq yaradır. Ödənişin digər formaları, məsələn, pauşal ödəniş bu cür xüsusiyyətdən məhrumdur. Göstərilən ödə-
niş forması faizlərlə hesablanır. Məsələn, satış pulunun 5%-i, 10%-i, 15%-i və s.
Françayzinq müqaviləsinin qiyməti tərəflərin razılığı əsasında müqavilə yolu ilə müəyyən edilir (MM-in
727-ci maddəsi).
Müqavilənin forması üçün onun notariat qaydasında təsdiqlənməsi, müqavilədən irəli gələn hüquqların
dövlət qeydiyyatına alınması tələb edilmir. Françayzinq müqaviləsi yazılı formada bağlanılır (MM-in 727-ci
maddəsi). Tərəflərin qarşılıqlı razılığı ilə notarial formadan da istifadə oluna bilər.
Dostları ilə paylaş: |