Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1692/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1688   1689   1690   1691   1692   1693   1694   1695   ...   1820
§ 3. Müqavilənin məzmunu 

1. Françayz verənin vəzifələri 

Françayz verənin əsas vəzifəsi spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlə-



rin göstərilməsinə kömək etməkdən ibarətdir (MM-in 723-cü maddəsi). O, bundan savayı digər vəzifələr də 

daşıyır ki, bu, MM-in 724-cü və 726-cı maddələrində nəzərdə tutulmuşdur: 

 standart formalı qeyri-maddi əmlak hüquqlarını vermək



 əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını vermək; 

 məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını vermək



 satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə vermək

 birgə fəaliyyət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumaq



 birgə fəaliyyət sistemini həmişə təkmilləşdirmək

 françayz alanı işgüzar vərdişlərlə tanış etmək



 françayz alanın ixtisasını artırmaq

 françayzinq ilə bağlı hallarla, xüsusən françayzinq sistemi ilə qarşı tərəfi açıq-aşkar və tam tanış etmək



 etibar edilmiş informasiyanı açıqlamamaq

Françayz verənin əsas vəzifələrindən biri françayz alanın işçilərini öyrətməkdən ibarətdir. Bu, aşağıdakı 

öyrətmə növlərini əhatə edir: marketinqi öyrətməni, yəni françayz verən mallara və xidmətlərə olan tələbləri 

qabaqcadan görməyi, idarə etməyi və təmin etməyi, habelə malın satış və reklam texnologiyasını öyrədir; malın 

istehsalı və ya xidmət göstərilməsinin texnologiyasını öyrətməni (məsələn, françayz verən məhsulu hazırla-

maq, emal etmək və müştəriyə satma üsulunu öyrədir); malın təmir olunmasını öyrətməni (françayz verən ça-

lışmalıdır ki, françayz alan həmişə təmir üçün ehtiyat hissələrinə, diaqnostika və xidmət üçün avadanlığa malik 

olsun, geniş servis xidməti şəbəkəsi yaratsın); sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin ümumi qay-



dalarını öyrətməni (mühasibat uçotunun, vergi uçotunun, kadr uçotunun, kreditlə satışın, inventarlaşmanın və 

s. hansı qaydada yerinə yetirilməsini öyrətmək). 

Öyrətmə vəzifəsi müəyyən proqram əsasında həyata keçirilir. Bu proqrama görə françayz alanın işçiləri fran-

çayz verənin müəssisələrində təlim keçir, françayz alanın firmasına təlimatçılar göndərilir və s. Françayz verən 

həm də françayz alanı qabaqcıl texnologiya ilə təmin etməli, ona biznes və marketinqin müasir metodlarını öy-

rətməlidir. Bununla o, yerli milli sahibkarlığın formalaşmasına kömək edir. 



2. Françayz alanın vəzifələri 

Françayz alanın daşıdığı vəzifələr MM-in 725-ci maddəsində göstərilmişdir. Onun müqavilə üzrə icra etməli 

olduğu vəzifələrə aiddir: 

 müqavilə bağlanarkən ilkin haqq (daxilolma haqqı) ödəmək



 françayz verənə haqq (ödəniş) vermək

 vicdanlı sahibkar kimi fəaliyyət göstərmək; 



 françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etmək və mallar əldə etmək

 françayz verənə vicdanlı surətdə informasiya vermək



 françayzinq ilə bağlı hallarla, xüsusən françayzinq sistemi ilə qarşı tərəfi açıq-aşkar və tam tanış etmək

Françayz alanın daşıdığı əsas vəzifələrdən biri françayz verənin kommersiya sirrlərini (ticarət sirrini və 

ya istehsal sirri olan nou-hau), habelə informasiyanı (kommersiya təjrübəsini) açıqlamamaqdan ibarətdir. 



 

528


Kommersiya sirri (informasiyası) yaradıcılıq xarakterinə malik olmayan və qorunmayan əqli mülkiyyət obyek-

tidir. Françayz alan françayzinq müqaviləsi ilə ona verilən kommersiya informasiyasının məxfiliyini qorumağa 

borcludur. Bu vəzifənin lazımınca icra edilməsi bütün françayzinq sisteminin müvəffəqiyyətli və uğurlu olması-

na təsir göstərə bilər. 

Qeyd etdik ki, françayzinq müqaviləsi ilə verilən informasiya qorunmaq qabiliyyətinə malik deyil. Belə ki, 

onlar əqli mülkiyyətin qorunması haqqında normativ aktlarla qoruna bilmir. Ona görə də təkjə françayz alanın 

informasiyanın məxfiliyini saxlamaq kimi vəzifəsini nəzərdə tutmaq və göstərmək informasiyasının mühafizə 

edilməsi üçün kifayət etmir. Bunun üçün zəruridir ki, müqavilədə hansı informasiyanın konfidensial (məxfi) ol-

ması göstərilsin, həmin informasiyanın qorunması üzrə françayz alanın etməli olduğu hərəkətlər konkret olaraq 

müəyyənləşdirilsin, habelə informasiyanın məxfiliyini gözləməməyə görə françayz alana tətbiq ediləjək məsu-

liyyət tədbirləri nəzərdə tutulsun. 

Kommersiya sirlərinin qorunması çətinliklərlə bağlı olub, problem  yaradır. Belə ki, ondan françayz  alanın 

çoxsaylı işçiləri istifadə edir. Bu cür halda françayz alanın borcudur ki, o, həmin işçilərdən kommersiya sirrini 

yaymamaq barədə yazılı öhdəlik alsın, həmin öhdəlikdə isə kommersiya sirrini yaymağa görə məsuliyyət tədbi-

ri tətbiq edilmək hədəsi ilə işçilər xəbərdarlıq edilsin. Konfidensial xarakterli informasiyanı yaymamaq və açıq-

lamamaq həm də françayz verənin vəzifəsidir (MM-in 726-cı maddəsi). 

Françayz  alanın  (həm  də  françayz  verənin)  yerinə  yetirməli  olduğu  vəzifələrdən  biri  onun  loyal  rəqabə

aparmasından ibarətdir. Tərəflər öz aralarında loyal rəqabət aparmağa borcludurlar (MM-in 729.1-ci maddə-

si). Özü də bu vəzifə tərəflərin müqavilə münasibətləri qurtardıqdan sonrakı vaxtlara da aiddir. Loyal rəqabət 

haqsız rəqabətlə bir araya sığmır və bu cür rəqabəti istisna edir. Haqsız rəqabətin xüsusiyyət və qaydaları isə 

«Haqsız rəqabət haqqında» 2 iyun 1995-ci il tarixli qanunla müəyyən edilir. 

Loyal rəqabət françayz verənlə françayz alan arasında mal istehsalının və satışının, xidmət göstərilməsinin 

ə

n  əlverişli  şəraitinə  nail  olunmasını,  bununla  bağlı  ən  yüksək  gəlir  götürmək  uğrunda  mübarizənin 



qanunvericiliyə uyğun və ədalətli üsullarla aparılmasını tələb edir və nəzərdə tutur. Tərəflər bir-birinə zərər vu-

ra bilən və yaxud onların işgüzar nüfuzuna xələl gətirə bilən hərəkətlər etməməlidirlər. Bununla belə, françayz 

alanın müəyyən ərazinin hüdudları daxilində rəqabət aparması üzərində qadağan qoyula bilər. Qoyulmuş qada-

ğ

an bir il müddətindən çox ola bilməz (MM-in 729.1-ci maddəsi). 



Rəqabət aparmağın qadağan edilməsi françayz alanın peşə fəaliyyətinə xələl yetirə bilər. Bu, françayz alana 

ixtiyar verir ki, o, müvafiq kompensasiya verilməsini tələb etsin. Özü də bu cür tələbi françayz alan müqavilə 

müddəti bitdikdən sonra da irəli sürə bilər. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1688   1689   1690   1691   1692   1693   1694   1695   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin