dan artırılır. Bu cür əlavə işlərin görülməsi podrat müqaviləsində müəyyənləşdirilmir. Müqavilədə nəzərdə tu-
tulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən bu cür işlərin haqqı ödənilmir (MM-in
753.4-cü maddəsi). Podratçı müqavilədə nəzərdə tutulmayan yerinə yetirdiyi həmin əlavə işin nəticələrini, əgər
sifarişçi bunu tələb edərsə, aradan qaldırmağa borcludur. O, əlavə işin nəticələrini ağlabatan müddət ərzində
aradan qaldırmalıdır. Əgər podratçı göstərilən müddət ərzində həmin nəticələri aradan qaldırmazsa, sifarişçinin
ixtiyarı var ki, əlavə işin nəticələrini özü podratçının hesabına ləğv etsin.
Podrat müqaviləsi üzrə görülən işin həcmi böyük və geniş olduqda, eləjə də işin özü kompleks və mürəkkəb
xarakter daşıdıqda müqavilənin qiyməti smeta tərtib etmək yolu ilə müəyyən edilir. Müqavilənin qiyməti
podratçı ilə sifarişçinin razılığının nəticəsi olduğuna görə bir tərəfin tərtib etdiyi smeta hüquqi əhəmiyyətə ma-
lik olmayajaqdır. Podratla bağlı tərtib olunan smeta yalnız o halda ödənilir ki, bu smeta hər iki tərəfin iradəsini
və razılığını ifadə etsin. Podratla bağlı tərtib edilmiş smeta, əgər tərəflərin razılaşmasında ayrı qayda müəyyən-
ləşdirilməyibsə, ödənilmir (MM-in 752.3-cü maddəsi).
Smeta həm podratçı tərəfindən, həm də sifarişçi tərəfindən tərtib edilə bilər. Bir qayda olaraq, peşəkarlıq
mülahizələrinə görə smeta podratçı tərəfindən tutulur. Sonra isə smetanı sifarişçi təsdiq edir. Bu, qiymət barədə
tərəflərin razılığını ifadə edir. Yalnız hər iki tərəfin iradəsini ifadə edən smeta hüquqi əhəmiyyətə malik olur.
Podrat müqaviləsi ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün iki cür smeta tərtib edilir:
●
sabit smeta;
●
təqribi smeta.
Sabit smeta odur ki, bu, podratçının çəkdiyi bütün zəruri xərcləri dəqiq olaraq ifadə edir. Sabit smeta bir
qayda olaraq, dəyişilməzdir. Barəsində sabit smeta tərtib edilmiş podrat işinin artırılmasına və ya azaldılmasına
yol verilmir.
Dostları ilə paylaş: |