Üçüncü tələb podratçının sifarişçini vaxtında xəbərdar etməyə borclu olmasından ibarətdir (MM-in 768-
ci maddəsi). Hüquq ədəbiyyatında bu, «podratçının informasiya vermək vəzifəsi» adlanır. Podratçının sifariş-
çini vaxtında xəbərdar etmək vəzifəsi üç halla şərtlənir:
●
birincisi, sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda;
●
ikincisi, sifarişçinin göstərişlərinə əməl edilməsi məmulatın davamsız və ya yararsız olajağı üçün təh-
lükəli olarsa;
●
üçüncüsü, podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər
hansı başqa hallar olduqda.
Göstərilən üç halda nəzərdə tutulan çatışmazlıqları sifarişçi aradan qaldırmağa borcludur. Podratçının vax-
tında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçinin həmin çatışmazlıqları aradan qaldırmaması podratçıya müqa-
|