Altıncı tələb ondan ibarətdir ki, podratçı işi fiziki qüsurlardan əlavə, həm də hüquqi qüsurlardan azad icra
etməyə borcludur. Hüquqi qüsur dedikdə podratçının gördüyü işin nəticəsini üçüncü şəxslərin hüquqları ilə
yüklü etməsi (girova qoyması, başqa şəxsin mülkiyyətinə keçirməsi və s.) başa düşülür. Podratçı sifarişçi üçün
podratı elə icra etməlidir ki, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və ya iddiasından azad olsun
(MM-in 762.1-ci maddəsi). Başqa sözlə desək, podratçı hüquqi qüsur olmadan işi yerinə yetirməyə borcludur.
Üçüncü şəxslərin hər hansı bir hüquq tələbi irəli sürə bilməməsi, podrat işinin hüquqi qüsur olmadan icrasını
ifadə edir (MM-in 762.4-cü maddəsi).
Dostları ilə paylaş: |