kimi podratçının üzərinə düşür (MM-in 772.1-ci maddəsi). Lakin işin nəticəsi sifarişçiyə təhvil verildiyi
andan podratçı bu cür riskə görə məsuliyyət daşımır. şin nəticəsinin sifarişçiyə verilməsi ilə eyni vaxtda tə-
sadüfən məhv olma və ya zədələnmə riski də ona keçir. Sifarişçi işin nəticəsini qəbul etməyi gecikdirə bilər.
Onda risk barədə məsələ nejə həll olunur? Qanun bu sualı da cavabsız qoymur. Belə ki, sifarişçinin müəyyən
edilmiş müddətdə işin nəticəsini qəbul etməyərək gecikdirmə halına yol verməsi onu riskə görə məsuliyyətdən
azad etmir. Ona görə ki, qanun sifarişçinin işin nəticəsini qəbul etməyi gecikdirməsini də işin nəticəsinin veril-
məsinə bərabər tutur (MM-in 772.1-ci maddəsi). Odur ki, sifarişçi işin nəticəsinin qəbul olunmasını gecikdirsə,
işin nəticəsinin məhv olması və ya zədələnməsi riski onun üzərinə düşür. Qeyd etmək lazımdır ki, risk məsələsi
podrat və əmək müqavilələrini bir-birindən fərqləndirməyə imkan verir. Bu fərqləndirmənin isə praktika üçün
böyük əhəmiyyəti vardır. Belə ki, əmək müqaviləsi əsasında görülmüş işin təsadüfən məhv olması zamanı işçi-
nin əmək haqqı saxlanılır. Podrat müqaviləsinə əsasən görülmüş iş isə sifarişçiyə verildiyi vaxtadək təsadüfən
məhv olarsa, podratçıya podrat haqqı ödənilmir.
Podratçının icra etməli olduğu əsas vəzifəyə aid doqquzuncu tələb (şərt) ondan ibarətdir ki, o, sifarişçi tərə-
findən ona verilmiş əmlakın salamat saxlanılması üçün zəruri olan bütün tədbirləri görməyə borcludur. Podratçı
nəinki sifarişçinin ona verdiyi materialların, həm də təmir, yaxşılaşdırma və ya digər işlərin görülməsi üçün si-
farişçinin ona təqdim etdiyi əmlakın salamat saxlanılması üçün məsuliyyət daşıyır. Məsələn, televizorun təmiri,
paltarın yuyulması, qızıl qırıntılarından zərgərlik məmulatı düzəldilməsi, dərinin rənglənməsi, mebelə yeni üz-
lük çəkilməsi və digər podrat işlərində televizor, paltar, qızıl qırıntıları, dəri, mebel və podratçıya verilən digər
predmetlər sifarişçinin əmlakı sayılır. Podratçı bu əmlak növlərinə özününkü kimi qayğı və qulluq göstərməli-
dir. O, göstərilən əmlak növlərinin itməsi və ya zədələnməsi ilə nəticələnə biləjək hər cür diqqətsizlik halına gö-
rə cavabdehdir. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya
zədələnməsi üçün məsuliyyət daşıyır (MM-in 771-ci maddəsi).
Podratçının əsas vəzifəsi ilə bağlı olan məsələlərdən biri podratçının hazırladığı məmulata qarantiya
Dostları ilə paylaş: |