Mülki hüquq münasibətlərinin yaranmasının zəmini dedikdə, bu münasibətlərin əmələ gəlməsinə dəlalət
edən qabaqcadan lazım olan ilkin şərtlər başa düşülür. Hüquq elmində bu şərtlər iki yerə bölünür:
●
ümumi ilkin şərtlər;
●
xüsusi ilkin şərtlər.
Ümumi ilkin şərtlər odur ki, onlar istənilən növ ictimai münasibətin (istehsal, iqtisadi, əxlaqi, siyasi, dini və
digər münasibətlərin) yaranması üçün gərəkdir. Bu şərtlər özü iki cür olur. Birincisi, heç olmazsa, ən azı iki
subyektin olması. Axı, yalnız bir subyekt öz-özü ilə necə münasibətə girə bilər? Bunu adam təsəvvürünə belə
gətirə bilmir. Aydın bir həqiqətdir ki, subyekt öz-özü ilə hər hansı münasibətə daxil ola bilməz. Münasibətin
yaranması üçün digər subyektin olması vacibdir. Hər bir ictimai münasibət, o cümlədən mülki hüquq münasibə-
ti insanların qarşılıqlı münasibəti olub, heç olmazsa, ən azı iki subyekt arasında müvcud olur.
Dostları ilə paylaş: |