79
●
qoruyucu mülki hüquq münasibətləri.
Mülki hüquq münasibətlərinin bu iki növü mülki hüququn tənzimləyici və qoruyucu funksiyalarına (vəzifələri-
nə) uyüundur. Belə ki, mülki hüququn tənzimləyici funksiyası tənzimləyici mülki hüquq münasibətləri vasitəsilə,
qoruyucu funksiyası ilə qoruyucu mülki hüquq münasibətləri vasitəsilə həyata keçirilir.
Tənzimləyici mülki hüquq münasibətləri odur ki, bu hüquq münasibətləri normal iqtisadi (əmlak) dövriy-
yəni hüquqi cəhətdən rəsmiləşdirir. Normal əmlak dövriyyəsi elə münasibətlərdir ki, bu münasibətlər subyektlə-
rin razılaşmasına, iradə sərbəstliyinə, hüquq bərabərliyinə və əmlak müstəqilliyinə əsaslanır. Bu növ mülki hü-
quq münasibətləri bazar-mal dövriyyəsinin, əmtəə-pul mübadiləsinin hüquqi rəsmiləşdirmə formasıdır. Onların
ə
sas məqsədi iqtisadi (əmlak) dövriyyə münasibətlərini tənzimləməkdən və nizama salmaqdan ibarətdir.
Tənzimləyici mülki hüquq münasibətlərinin əsasını müqavilə öhdəlikləri (müqavilə öhdəlik hüquq münasi-
bətləri) təşkil edir. Müqavilə öhdəlikləri normal iqtisadi proseslərin hüquqi ifadəsidir. Söhbət alqı-satqı, dəyiş-
mə, icarə, sığorta, kredit, daşıma və digər öhdəliklərdən, yəni mülki öhdəlik hüquq münasibətlərindən gedir.
Qoruyucu mülki hüquq münasibətləri anomal (qeyri-normal) əmlak münasibətlərinin hüquqi rəsmiləşdir-
mə formasıdır. Onların əsas məqsədi əmlak (mülki) dövriyyə iştirakçılarının əmlak mənafeyini müdafiə etmək-
dən ibarətdir. Bu növ mülki hüquq münasibətlərinə delikt öhdəliklərini (ziyan vurmaq nəticəsində əmələ gələn
öhdəlikləri), habelə əsassız varlanma öhdəliyini misal göstərmək olar.
8. Birtə
rə
fli və
ikitə
rə
fli (qarş
ılıqlı) hüquq münasibə
tlə
ri
Mülki hüquq münasibətlərində iştirak edən subyektlər arasında hüquq və vəzifələrin bölgösü əlamətinə gö-
rə həmin münasibətlərin iki növü fərqləndirilir:
●
birtərəfli mülki hüquq münasibətləri;
●
ikitərəfli mülki hüquq münasibətləri.
Birtə
rə
fli mülki hüquq münasibə
lə
ri odur ki, bu münasibətlərdə iştirak edən subyektlərdən biri (səlahiy-
yətli şəxs) yalnız subyektiv hüquqa malik olur, digəri isə (borclu şəxs) yalnız vəzifə daşıyır. Bu növ mülki hü-
quq münasibətlərinə bank əmanəti hüquq münasibətlərini və delikt öhdəliklərini (ziyan vurmaq nəticəsində ya-
ranan mülki hüquq münasibətlərini) misal göstərmək olar.
Ikitə
rə
fli mülki hüquq münasibə
tlə
ri odur ki, bu münasibətlərdə iştirak edən subyektlərdən hər biri eyni
zamanda həm hüquqlara malikdir, həm də vəzifələr daşıyır. Bu cür münasibətlərdə səlahiyyətli şəxs eyni vaxtda
həm borclu şəxs, borclu şəxs isə eyni zamanda həm də səlahiyyətli şəxs rolunda çıxış edir. Mürəkkəb quruluşlu
bütün mülki hüquq münasibətləri (məsələn, alqı-satqı, podrat, daşıma, sığorta, icarə, kirayə və digər hüquq mü-
nasibətləri) ikitərəfli hüquq münasibətləri hesab edilir. Tərəflərin hüquq və vəzifələri qarşılıqlı surətdə bir-biri-
nə uyüun gəldiyinə görə, onlar qarşılıqlı mülki hüquq münasibətləri də adlanır.
Dostları ilə paylaş: