§ 1. Mülki hüququn mənbələri anlayışı və növləri
1. Mülki hüququn mənbəyi anlayışı
Qeyd etmək lazımdır ki, mülki hüququn sistemi mahiyyətcə mülki hüquq normalarının obyektiv cəhətdən
müvcud olan qarşılıqlı əlaqəsidir. Belə ki, bu normalar məcmu halında birləşərək mülki hüquq institutlarını (su-
binstitutlarını), mülki hüququn yarımsahələrini və nəhayət, mülki hüquq sahəsinin özünü yaradır. Onlar mülki
hüquq sisteminin ilkin (birinci) elementi, onun «atomudur». Mülki hüquq normalarını mülki hüquq adlı ma-
teriyanın «canlı hüceyrələri» hesab etsək, yanılmarıq. Onlar dövlət iradəsini ifadə edir və hakimiyyət xarakterli,
ümumi məcburi davranış qaydaları müəyyənləşdirir.
Söylədiklərimizdən belə bir nəticəyə gələ bilərik ki, mülki hüququn sistemi hüquq normalarından ibarət
olub, ondan qurulmuşdur. Bu normalar bilavasitə öz ifadəsini müxtəlif normativ hüquqi aktların, yəni qanunla-
rın, prezident fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının və s. maddələrində tapır.
Bax, bu qanunları, fərmanları, bir qayda olaraq, mülki hüququn mənbələri adlandırırlar. Deməli, mülki hüqu-
qun mənbələri hüquq normalarının forma cəhətdən ifadə olunduüu rəsmi dövlət sənədləridir. Bu sənədlərdə mü-
vafiq dövlət orqanları davranış qaydaları müəyyənləşdirir. Həmin qaydalar hüquq normalarında ifadə olunur və
hüquqi əhəmiyyət kəsb edir.
Belə məlum olur ki, mülki hüququn mənbələri mülki hüququn özünün xaricən ifadə formalarıdır. Söhbət
mülki hüquq normalarının xaricən ifadə formalarından gedir. Bu ifadə formalarının əsas məqsədi və təyinatı hə-
min normalara dövlət-hakimiyyət xarakteri verməkdən ibarətdir. Axı, mülki hüquq normaları dövlət iradəsini
ifadə etməzsə, onda bu normalar ümumi məcburi qüvvəyə malik ola, hüquqi məna və əhəmiyyət kəsb edə bil-
məz. Bu cür normalardan müvafiq mülki münasibətləri tənzimləmək üçün istifadə etmək olmaz. Ona görə də
vacib və zəruridir ki, mülki hüquq normaları rəsmi dövlət sənədlərində (qanunlarda, prezidentin fərmanlarında,
hökumətin qərarlarında və s.) xaricən (zahirən) ifadə olunsun. Bu baxımdan «mülki hüququn mənbələri» və
«mülki hüququn formaları» kimi iki anlayış sinonim, eynimənalı anlayışlardır. Belə ki, «mülki hüququn mənbə-
ləri» anlayışı mülki hüquq normalarının xaricən ifadə formalarını bildirmək üçün işlədilən anlayışdır. «Mülki
hüququn mənbələri» və ya «mülki hüququn formaları» termininin hansından istifadə edilməsi alimlər arasında
tez-tez terminoloci mübahisə və diskussiyalara səbəb olur. Alimlərin bir qismi «mülki hüququn mənbələri» ter-
mininə, digərləri isə «mülki hüququn formaları» termininə üstünlük verirlər. Bunların heç bir hüquqi əhəmiyyə-
ti yoxdur. Burada hüququn mənbəyi» anlayışı «hüququn forması» kimi ifadənin sinonimi kimi nəzərdən keçiri-
ləcəkdir. Onlara prinsipial fərq qoyulmayacaqdır.
«Hüququn mənbələri» terminini müasir sivilistika elmi icad etməmişdir. Onun tarixi kökü çox qədim dövrlə-
rə gedib çıxır. Bu termini hələ Roma hüququ da tanıyırdı.
Roma hüququna dair çoxsaylı hüquq ədəbiyyatında «hüququn mənbəyi» termini ilə əsasən üç məna ifadə
edilməsi göstərilir. Birinci mənada bu terminlə hüquq normalarının məzmununun mənbəyi ifadə olunur. Bu
normaların məzmununun mənbəyini cəmiyyətin maddi həyat şəraiti, mülkiyyət münasibətləri təşkil edir.
kinci mənada «hüququn mənbəyi» termini ilə Roma hüququnu öyrədən, onun haqqında məlumat verən mə-
xəzlər anlayışı əhatə olunur. Söhbət Roma hüququ ilə yaxından tanış olmaüa imkan verən hüquqi abidələrdən
(məsələn, Bizans imperatoru Yustinianın məcəllələşdirməsindən), Roma hüquqşünaslarının əsərlərindən, papi-
ruslardan və s. gedir. Bu cür mənbə növləri Roma hüququnu öyrənməyin qiymətli məxəzləridir. Deməli, ikinci
mənada «hüququn mənbəyi» termini qaynaq, məxəz mənalarını bildirir.
Üçüncü mənada «hüququn mənbəyi» termini belə bir suala cavab verilməsini nəzərdə tutur: bu və ya digər
hüquq norması hansı yollarla əmələ gəlir?; bu normalar hansı formalarda ifadə olunur? Bu baxımdan «hüquq
mənbəyi» termini hüquq normasının əmələ gəlmə (bu normaları yaratma) formaları və ya hüquq normalarının
ifadə formaları mənasında işlədilir. Roma hüququna görə adət hüququ, qanun, magistratların ediktləri, hüquqşü-
nasların fəaliyyəti (yurisprudensiya) hüquq yaratmanın formaları – hüququn mənbələri hesab olunurdu.
Sovet mülki hüquq elmində hüququn mənbəyi əsasən üç mənada işlədilirdi: sosial-iqtisadi mənada; dövlət-
siyasi mənada; xüsusi (hüquqi) mənada.
Dostları ilə paylaş: |